15 C
Baku
Wednesday, April 24, 2024

Microsoft şirkəti Paint ilə vidalaşdı

Banker.az xəbər verir ki, Microsoft şirkəti artıq Paint qrafik redaktorunu dəstəkləməyəcək. Qeyd edək ki, Paint ilk dəfə 1985-ci ildə işıq üzü görüb və o zamandan etibarən əməliyyat sisteminin hər versiyasında buraxılıb.

Bu haqda məlumat Microsoft-un Windows 10 üçün Fall Creators Update yenilənməsində ediləcək dəyişikliklərin siyahısında yer alıb. Paint siyahıda köhnəlmiş tətbiqetmə kimi qeyd edilib. Sənəddə qeyd edilir ki, artıq bu tətbiqetmə Windows-un növbəti versiyalarında start paket proqramlarında yer almaya bilər.

Bundan əlavə, əməliyyat sisteminin yeni versiyalarında System Image Backup (SIB) Solution, Outlook Express, Reader App və Reading List-də yer almayacaq.

Xatırladaq ki, Paint-in ilk versiyası Windows 1.0-da peyda olmuşdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər