26 C
Baku
Saturday, April 20, 2024

Microsoft şirkəti Windows Phone-u “dəfn etdi”

Banker.az xəbər verir ki, Microsoft şirkətinin icraçı direktoru Joe Belfiore bildirib ki, şirkət Windows 10 Mobile üçün yeni cihaz və yenilənmə yaratmayacaq.

“Əlbəttə, biz platformanı dəstəkləməyə davam edəcəyik… Təhlükəsizlik sistemi və s. üçün yenilənmə buraxacayıq. Lakin yeni funksiya və cihazların buraxılması planlaşdırılmır” – deyə şirkət rəsmini Twitter sosial şəbəkəsində qeyd edib.

Ötən ilin may ayında bəlli oldu ki, Microsoft şirkəti mobil şöbənin 1,8 mindən çox əməkdaşını ixtisar etmək niyyətini elan edib. Şirkət bununla yanaşı, Lumia smartfonlarının buraxılmasından imtina etdi və diqqətini Surface brendi adı altında yeni məhsul xətti üzərində cəmləməyə qərar verdi.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər