23 C
Baku
Thursday, April 25, 2024

Microsoft xakerlərə pul ödəyəcək

Microsoft şirkəti Windows Bounty Program adlanan proqramı işə salıb. Sözügedən bu proqram Windows 10-da şirkət tərəfindən yol verilmiş hər hansı bir boşluğun xakerlər tərəfindən tapılması müqabilində onların mükafatlandırılmasını nəzərdə tutur.

Banker.az xəbər verir ki, 250 min dollar miqdarında maksimum ödəniş Windows-un ev və server versiyalarında Hyper-V virtualizasiya sistemində aşkar edilmiş boşluq üçün nəzərdə tutulub. Daha az həcmli mükafatlar isə Windows Defender, Microsoft Edge brazueri və sistemin digər tərkib hissələrində, həmçinin əməliyyat sisteminin daha əvvəlki versiyalarında aşkar edilmiş boşluqlar üçün veriləcək.

Qeyd edək ki, Microsoft hələ 2013-cü ildə boşluqların tapılması ilə bağlı proqramı işə salmışdı. Bu zaman şirkət 100 min dollar həcmində mükafat təklif edirdi. Oşxar layihələrdən digər şirkətlər də istifadə edir. Məsələn, Apple şirkəti 2016-cı ildə şirkətin proqram təminatı cihazlarında boşluqların tapılmasına 200 min dollar yatırmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər