22 C
Baku
Thursday, April 18, 2024

Mikro kreditlər üzrə kredit mütəxəssisi (Bakı filialları) – “International” BOKT

“International” Bank olmayan kredit təşkilatı strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı təşkilatlardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran təşkilat peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Mikro kreditlər üzrə kredit mütəxəssisi (Bakı filialları)

Tələblər:

– İqtisadi təhsil;
– Azərbaycan və Rus dillərini bilməli;
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

– Tələbələrə təcrübə dövrü və işlə təmin olunması

Vəzifə öhdəlikləri:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Maraqlanan şəxslər  CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər