13 C
Baku
Friday, April 19, 2024

Mikromenecmentin təhlükələri nədən ibarətdir?

Mikromenecmentin yalnız sahibkarlar üçün deyil, iş və şəxsi həyatında balans yaratmağa çalışan istənilən şəxs üçün müəyyən təhlükələrə sahibdir. Belə ki, xırdalıqlar haqqında düşünməyi tərgitmədiyiniz müddətcə inkişaf etmək və yaradıcı şəkildə düşünmək bacarığınızı məhdudlaşdırmış olursunuz.

Bir çox uğur qazanmış sahibkarı tez-tez “nəzarət aludəçisi” adlandırırlar. Bu isə kifayət qədər aydındır, axı öz işini təşkil etmək və yaxud yeni bir şey yaratmaq üçün çox zəhmət və səy tələb olunur.

Belə sahibkarların davranışı bir çox hallarda öz övladını qorumaq üçün hər şeyi etməyə hazır olan valideynlərin davranışını xatırladır. Lakin bu biznesdə əksər hallarda uğursuzluğa gətirib çıxarır.

İrəli getmək, inkişaf etmək və mikromenecmentdən boğulmamaq üçün sahibkar öz əməkdaşlarına etibar etməyi bacarmalı və ən kiçik tapşırıqları belə yoxlamağa çalışmamalıdır. Əsas olan, onun çatmağı arzuladığı böyük məqsədlər haqqında düşünməkdir. Lakin bu elə də asan deyil.

Bu vəziyyəti yeni avtomobil sürməyə başlayan bir şəxsin davranışları ilə müqayisə etmək olar: sükan arxasında sürətli və naşı hərəkətlər. Avtomobilin həssaslığını öz davranışlarına uyğunlaşdırmağı bacardıqdan sonra o rahatlıq əldə edə və daha böyük sürətlə hərəkət edə bilər.

Sahibkarlıqda da belədir. Şəxsi sisteminizə tam olaraq etibar etmirsinizsə, detallara həddindən artıq yersiz diqqət yetirəcəksiniz. Nəticədə daim təzyiq altında olacaqsınız. Hətta nəzarəti itirdiyinizi də hiss edə bilərsiniz.

Bu vəziyyətdən qaçmaq üçün vəzifələrə etibar etdiyiniz bacarıqlı əməkdaşlar təyin edin və müəyyən tapşırıqlar üzrə onlara tam səlahiyyət verin.

İnkişaf etmək və yaradıcı düşünmək bacarığını qoruyub saxlamaq üçün, iş və şəxsi həyat üçün fərdi balans sisteminizdə vacib bəndləri, həmçinin hərəkət istiqamətinizi düzgün şəkildə qoyumaq üçün sizə lazım olan qaydaları nizama salmalısınız.

Eyni zamanda ağlınızda 10-dan çox tapşırığı tutmağa çalışsanız, onlar arasında əlaqəni obyektiv şəkildə qiymətləndirə bilməyəcəksiniz. Xırdalıqlara ilişib qalacaqsınız və diqqətinizi vacib problemlər üzərində cəmləyə bilməyəcəksiniz.

Buna görə də, hər zaman hər şeyi ağlınızda tutmağa çalışmayın.

  • Həm professional, həm də şəxsi həyatınızdakı plan və tapşırıqları yazın.
  • Onlar haqqında ətraflı düşünün, əsas olanı seçin və artıq olandan imtina edin.
  • Özünüzə xatırlatma təyin edin.
  • Hər həftə tapşırıq  və layihə siyahınızda təmizləmə işi aparın. Bu beyninizi lazımsız informasiyadan azad edəcək.

Yalnız bu şəkildə məsələlər haqqında həqiqətən düşünməyə başlayacaqsınız.

Son xəbərlər
Digər xəbərlər