25 C
Baku
Friday, April 19, 2024

“Milan” 740 milyon avroya çinlilərə satıldı

Banker.az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, italiyalı sahibkar Silvio Berluskoni “Milan” futbol klubunu Çin şirkətinə satıb.

Berluskoniyə məxsus Fininvest şirkəti klubun 99,93% səhmini çin-amerikalı Sport Investment Lux konsorsiumuna satıb. Müqavilənin dəyəri 740 milyon avro təşkil edir. Bu məbləğin 220 milyonu “Milan” klubunun borclarının ödənilməsinə sərf ediləcək.

Qeyd edək ki, Berluskoni “Milan” klubunu 1986-cı ildə əldə edib. O zamandan etibarən komanda 8 dəfə İtaliya çempionatının, 1 dəfə İtaliya Kubokunun, 7 dəfə ölkənin Superkubokunun, 5 dəfə Çempionlar liqasının, 5 dəfə UEFA Superkubokunun, 2 dəfə Qitələrarası kubokun və 1 dəfə klub dünya çempionatının qalibi olub.

 

Son xəbərlər
Digər xəbərlər