12 C
Baku
Thursday, March 28, 2024

Millət vəkili Ələt azad iqtisadi zonası ilə bağlı qanun layihəsini Konstitusiyaya zidd sayır

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlar var”.

Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında, sözügedən sənədin I oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, əmək qaydaları, zonada ətraf mühitin mühafizəsi, mübahisələrin həlli ilə bağlı maddələr yenidən işlənilməli və yaxud qanunvericilikdən çıxarılmalıdır: “Azərbaycanın bir hissəsində xarici invesotlar üçün güzəştlər nəzərdə tutulur. Bu müsbət haldır. Ancaq söhbət ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqdan gedirsə, burda güzəşt etmək olmaz”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər