25 C
Baku
Friday, April 19, 2024

“Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri təyin edilmişdir

15 sentyabr 2014-cü il tarixində “Milli Depozit Mərkəzi” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan  Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə-kredit», 1995-ci ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, bu illər ərzində bank sferasında müxtəlif vəzifələrdə çalışmışdır.

Ailəlidir, üç övladı var.

Son xəbərlər
Digər xəbərlər