15 C
Baku
Saturday, April 20, 2024

Milli Depozit Mərkəzinin aktivləri artıb, mənfəəti azalıb

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxs olan Milli Depozit Mərkəzinin (MDM) xalis mənfəəti 2 dəfə azalıb.

Banker.azın əldə etdiyi məlumata görə, bu barədə MDM-nin 2017-ci il üzrə audit hesabatında deyilir.

Milli Depozit Mərkəzi ötən ilin 4 rübü ərzində ümumi əməliyyat gəlirləri 3 672 202 manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,21% az olması deməkdir. Azalma əməliyyat gəlirlərində olmaqla yanaşı icarə haqqından gəliri ümumiyyətlə olmayıb.

Gəlirlərlə yanaşı xərcləri də azalıb və 3 616 118 manat təşkil edib. Xərclərinin mühüm hissəsi işçilərə ayrılan xərclərdir. Belə ki, ötən illə müqayisədə artaraq əmək haqları üzrə 1 152 619 və sosial sığorta xərcləri üzrə isə 263 157 manat olub.

Qurumun əsas mənfəət əldə etməsinə səbəb maliyyə gəlirləri və fövqəladə gəlirləi olub və ili 225 250 manat xalis mənfəətlə bitirib.

MDM-nin cəmi aktivləri ümumilikdə 2 dəfədən çox artaraq 170 40 638 manat təşkil edib.

Hazırda qurumun 6 145 907 manat təşkil edir ki, bunun 2 700 000 manatı səhmdar kapitalı, 3 220 627 manatı ehtiyyatlar və 225 250 manatı bölüşdürülməmiş mənfəətdir. Səhmlərin 100%-i dövlətə məxsusdur.

Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

MDM-in ali idarəetmə orqanı Müşahidə Şurası, icra orqanı isə İdarə Heyətidir. MDM-in üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlardır.

 

Son xəbərlər
Digər xəbərlər