5 C
Baku
Friday, March 29, 2024

Milli Məclisdə ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında” sənəd müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib.

O qeyd edib ki, 2015-ci ildə iqtisadi inkişafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir: “Ötən ildə büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015 də 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək. Yaxın gələcəkdə Qəbələ də dotasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. dövlət büdcəsini kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb. bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir. Azərbaycan büdcə sistemi artıq oturuşub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438 mln. manat proqnoza qarşı 90% icra olunaraq 17 498 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 130 mln. manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb (202,2 mln. manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 7,6 mln. manatı Əmlak Məsələləri Dövlət Komitəsindən daxilolmalar, 448 mln. manatı sair daxilolmalar hesabına formalaşıb). 2015-ci il dövlət büdcəsinin xərcləri 21 100 mln. manat proqnoza qarşı 17 784,5 mln. manat və ya 84,3% icra edilib. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9 763,1 mln. manatı və ya 54,9%-i cari xərclərə (2014-cü illə müqayisədə 134,5 mln. manat və ya 1,4% az), 7 316,9 mln. manatı və ya 41,1%-i əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 mln. manat və ya 13,2% az), 704,5 mln. manatı və ya ümumi xərclərin 4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 mln. manat və ya 1,9 dəfə çox) yönəldilib. 2015-ci ilin dövlət büdcəsində 286,5 mln. manat məbləğində büdcə kəsiri (defisit) olub. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib”.

Daha sonra Hesablama Palatasının rəyi dinlənilib. Hazırda müzakirələr davam edir.

APA

Son xəbərlər
Digər xəbərlər