25 C
Baku
Friday, April 19, 2024

Milli Ön və eManat ilə hansı bankın ödənişlərini edə bilərsiniz?

Artıq hər birimiz günün istənilən vaxtı Milli Ön və eManat ödəniş terminalı vasitəsilə kredit borcunuzu ödəyirik. Dayanmadan inkişaf edən terminallarda kredit borclarının ödənilməsi mümkün olan bankların sayı da artmaqdadır. Burada əsas məqsəd vaxta qənaətdir ki, bunun üçün kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində quraşdırılmış terminalların köməyi ilə həyata keçirə bilərsiniz.

Kredit ödənişlərini Milli Ön ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün sizə təkcə kredit aldığınız banka yaxınlaşaraq “kredit İD” kodunuzu almaq lazımdır. Kredit borcunuzu aşağıdakı ardıcıllığı izləyərək ödəyə bilərsiniz:

* Terminalın ekranından “Bank xidmətləri” bölməsini seçin;

* Növbəti açılan pəncərədən “Bankınızı” seçin;

* Sonra bankdan aldığınız “Kredit İD”-nizi daxil edin;

* “Kredit İD”-nizi daxil etdikdən sonra sizin adınız, soyadınız və atanızın adı ekranda çıxacaq;

* Adınız və soyadınıza əsasən kredit kodunuzu düz daxil etmənizə əmin olduqdan sonra ödəniləcək məbləği terminala daxil edin;

* Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.

* Terminaldan kredit borcunuzu ödədiyiniz sizdən üçün xidmət haqqı tutulmur

Milli Ön ödəmə terminal vasitəsilə ödəniş edə biləcəyiniz banklar hansılardır?

Bank of Baku, Unibank, Bank Respublika, Access Bank, DəmirBank, Kapital Bank, Ata Bank, Bank Technique, FİNCA Azerbaijan, Bank Standard, AG Bank, AzerCredit, Nikoil Bank, TBC Kredit, Turan Bank, FlexiCred ,Emba Finans, AFB Bank, Bank BTB, Paşa Bank, Bank VTB, banklarının kredit borcunu ödəyə  bilərsiniz.

Kredit ödənişlərini eManat ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün də sizə təkcə kredit ödənişi etdiyiniz kod lazım olacaq. Bundan sonra isə kredit borcunuzu aşağıdakı ardıcıllığı izləyərək ödəyə bilərsiniz;

* Terminalın ekranından “Bank xidmətləri” bölməsini seçin;

* Növbəti açılan pəncərədən “Bankınızı” seçin;

* Sonra ödəniş etmək üçün kodunuzu daxil edin;

* Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq edin;

* Daha sonra isə ödəməli olduğunuz məbləği daxil edin;

* Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.

eManat ödəmə terminal vasitəsilə ödəniş edə biləcəyiniz banklar: Bank of Baku,Unibank, Bank Respublika,Nikoil Bank,Emba Finans,Bank BTB, NBC Bank, İnkişaf üçün Maliyyə, Rabitəbank, FİNCA Azerbaijan, Muğanbank və Merkuri -dır.

Son xəbərlər
Digər xəbərlər