22 C
Baku
Thursday, April 25, 2024

Milyarder Mukeş Anbai neft qiymətinin enməsindən 620 milyon dollar qazandı

Bloomberg agentliyinin verdiyi məlumata görə, dünyaca məşhur hindistanlı milyarder Mukeş Anbani neft qiymətlərinin enməsindən sonra sərvətini artıra bilmişdir. Ambani-nin nəzarətində olan Reliance Industries neft-kimya şirkəti neft emal edilməsinin marjasının enməsinə görə neft qiymətlərinin aşağı olmasından gəlir əldə edir.

Agentliyin məlumatlarına əsasən, Reliance Industries şirkətinin xalis gəliri 620 milyon dollar artmışdır ki, bu da 2016-cı il üçün rekord hesab edilir. Bu məsələn, Wal-Mart imperiyasının varislərindən biri olan Elis Uolton-un sahib olduğu göstəricidən 5 dəfə çoxdur. Onun sərvəti 2016-cı ildə 130 milyon dollar artmışdır. Ambani hindistanlı milyarderlər sırasında 2016-cı ildə sərvətini artıran yeganə şəxsdir.

Ambani-nin sahib olduğu şirkətin  2015-ci ilin dördüncü rübünün gəlirləri haqqında məlumatlar bir müddət sonra açıqlanacaq. Lakin proqnozlara əsasən, şirkətin gəliri 8 illik maksimuma, yəni 69,8 milyard rupiyə qədər (1 milyard dollar) yüksəlmiş olacaq. Qeyd edək ki, bu göstərici 1 il əvvəl 50,9 milyard rupi (754 milyon dollar) həcmində idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər