26 C
Baku
Saturday, April 20, 2024

Milyarderlərin reytinqi: Indi hər gün yenilənmiş şəkildə

  • Dünya səhm bazarındakı qiymətlər hər gün durmadan dəyişir, buna görə də planetin ən zəngin insanlarının sərvətinin miqdarı da tərəddüdlərə uğrayır. Maliyyə Olimpində güclərin sıralanmasını izləmək üçün Bloolberg   gündəlik olaraq milyarderlərin reytinqini təqdim edir.
  • Bu yeni layihə çərçivəsində agentlik dünyanın 20 ən varlı insanın sərvətinin miqdarını hesablamaq niyyətindədir. Bu zaman o, özünün  dünya bazarındakı dəyişiklikləri müşahidələrinə və beynəlxalq iqtisadi situasiyanın təhlilinə əsaslanacaq. Milyarderlərin var dövlətlərinin qiymətləndirilməsi ABŞ dollarları ilə hesablanaraq, hər iş gününün sonuna yaxın, Nyu-York vaxtı ilə axşam saat 5:30 –da göstəriləcək (Moskva vaxtı ilə saat 2:30). 
  •  Beləliklə, Bloomberg dünyanın ən varlı adamının adı kimi meksikalı Karlos Slim – America Movil SAB telekommunikasiya operatorunun sahibkarının adını çəkmişdir. Onun varidatının miqdarı  $68,5 milyard dollardır. Cümə günü ilə müqayisədə o dərhal $478,4 milyon dollar cuvarında azalmışdır.
  • Bill Qeytsin (№2) sərvətinin miqdarı isə istirahət günləri ərzində $100 milyon azalmış və indi Microsoft şirkətinin banisinin kapitalı $62,4 milyard həcmində qiymətləndirilir. Tam bir il əvvəl isə onun varidatı 11% daha az idi. Dünyanın ən məşhur investoru Uorren Baffet isə (№3), martın 2-dən etibarən  $337 milyon itirmişdir. Onun kapitalın qiyməti isə $43,8 milyard dollardır. Demək olar ki, Baffetin bütün aktivləri Berkshire Hathaway holdinqində  cəmlənmişdir.
  • Planetin 20 ən varlı insanının sərvətinin cəmini isə Bloombergdə $676,8 milyard həcmində qiymətləndirirlər.
  • İlk iyirmilikdəki insanlardan doqquzu amerikalıdır, onlardan üçü Wall-Mart Stores Inc-in təsisçisi olan  Sem Uoltonun ailə üzvləridir.
  • Facebook-un yaradıcısı Mark Çukerberqin sərtvətinin miqdarına isə tezliklə keçiriləcək IPO Facebook ilə əlaqədar olaraq yenidən baxılacaq. B –sinfindən olan 500 milyon aksiyanın paylaşdırılmasından sonra, onun şirkətdəki payı 21%-ə qədər enəcək. Onun qiyməti isə $21 milyard ola bilər.
  • Ən varlı Avropalı isə isveçli İnqvar Kamprad (ümumi siyahıda №5) olmuşdur, o IKEA Group-u idarə edir. Onun sərvəti Bloomberg tərəfindən $42,5 milyard dollar həcmində dəyərləndirilir.
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər