23 C
Baku
Friday, April 19, 2024

Milyonçuların uğurunun sirri

Statistikaya baxsaq, əminliklə deyə bilərik ki, böyük pullar qazanmış milyonçuların əksəriyyəti orta təhsilli, sadə insanlar olublar. Bəs onda milyonçuların uğurunun sirri nədə gizlənir? Bizdən kim, heç olmasa bir dəfə milyonçu olmaq və istədiyi yerə getmək, səyahət etmək arzusunda olmayıb?

Amma nədənsə əksər insanlarda elə hər şey, bütün planlar arzularla yekunlaşır. Qısa bir zamanda varlı olmaq üçün hər hansı bir xüsusi özəlliyə malik olmaq tələb olunduğunu düşünməyə dəyməz. Əslində bütün milyonçular da bizim və sizin kimi sadə insanlardır. Sadəcə onlar bəzi sirlərə bələddirlər.  

Milyonçuların uğurunun sirri kifayət qədər sadədir, bu cüzi və ilk baxışda əhəmiyyətsiz sirlər həmin insanları uğurlu və zəngin etmişdir, indi həmin insanlar ürəyi istədiyi hər bir şeyi etməyi özlərinə icazə verə bilərlər. Uğurun səbəbləri müxtəlif və çox ola bilər, amma onlardan ən populyarlarını nəzərdən keçirək.

Birinci sirr

Milyonçuların uğurunun səbəbi odur ki, onlar mütləq uğursuzluq və məğlubiyyət qorxusunu özündə dəf edə biliblər. Hər varlı insan nə zamansa seçim qarşısında dayanmışdır: asan və təhlükəsiz yolla getmək və ya riskə getmək. Məsələ ondadır ki, böyük pulların qazanması düşünülmüş, yaxşı ölçülmüş, amma bəzən kifayət qədər riskli qərarlar tələb edirlər və bütün dahi insanlar bundan xəbərdardır. Nəyisə dəyişməmək arzusu, o cümlədən işdəki ətalət və daimilik, çox güman ki, sizi heç də sürətli şəkildə zəngin və dəbdəbəli həyata yetişdirməyəcək.

Bütün milyonçular öz həyatları boyu yüksəliş və eniş mərhələsi ilə qarşılaşıblar. Onların hər biri heç olmasa bir dəfə uğursuzluğa məruz qalıblar. Amma bu onları dayandırmayıb, sadəcə gələcək hərəkətlər və inkişaf üçün güclü bir təkan rolunu oynayıb. Axı zəngin insanların müvəffəqiyyət sirri heç də onda gizlənmir ki, onlara hər hansı bir zənginlik formulu məlumdur, sadəcə onlar özlərini yeni zirvələrin fəthinə kökləyə bilmək bacarığına və geniş düşünmək qabiliyyətinə malikdirlər.

İkinci sirr

Əksər milyonçular başa düşürlər ki, istənilən bir problem – yeni ideyanın olması üçün növbəti bir şansdır. Bir çox hallarda onlar problemə müxtəlif baxış bucaqlarından baxır, bəzən isə sağlam mühakiməyə qarşı çıxırdılar. Biznesdə ən pis –ümumiyyətlə heç nə etməmək hesab olunur. Ona görə heç də bütün biznesmenlər heç də həmişə düzgün hesab olunan şeyləri etməyiblər.

Bir neft maqnatı böyük bir avtomobil-yanacaq doldurma məntəqələri şəbəkəsinə malik olub, şəbəkə yaxşı gəlir gətirib, baxmayaraq ki, məntəqədə çox yer boş qalırmış. O zaman biznesmen belə qərara gəlir ki, yanacaq doldurma məntəqələrində çox da böyük olmayan dükanlar yerləşdirsin. Həmin vaxt bu ideya bir çoxlarına gülünc gəlir və hamı deyir ki, axı kim benzin əvəzinə durub qəhvə alacaq?

Bu dahi ideyanın sahibi olan biznesmen bu gün əsl milyonçu uğuruna nail ola bilmişdir. O, ona görə qalib gəlmişdir ki, problemin həllinə yaradıcı yanaşıb və ətrafdakıların tənqidinə özünü yıxmaq imkanı verməmişdir.

Üçüncü sirr

Uğurlu ailə həyatı: yaxşı ərə getmək və ya evlənmək. Sözü gedən halda söhbət heç də mənfəət xətrinə varlı insanla evlilikdən getmir. Əsasən bütün təminatlı insanlar məhz öz şəxsi zəhmətləri və əməkləri sayəsində bir çox şeyə nail olublar. Lakin onların hamısı etiraf edir ki, yalnız həyat yoldaşlarının dəstəyi sayəsində onlar həqiqi milyonçu müvəffəqiyyəti qazanıblar. Yeni biznesin qurulması çoxlu vaxt və güc tələb edir, buna görə heç nəyə rəğmən çox şeyi qurban verməli olursan.

Milyonçuların üç gizli sirri sizə xoşbəxt həyat yaşamağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər