23 C
Baku
Tuesday, April 23, 2024

Milyoner və milyarderlərin sirləri

ARZU!

Həyatda istədiyiniz bütün şeylərə nail olmaq üçün ilk növbədə onları arzulamaq lazımdır. Həyatda uğur qazanmayan insanlarda bütün bunlara səbəb kimi lazımi məqsədə çatmaq üçün kifayət qədər ambisiyanın olmaması göstərilir.

MƏQSƏD!

Ambisiyanız nə dərəcədə olursa olsun, məqsədiniz olmadan uğur nail ola bilməyəcəksiniz.

ENERJİ!

Arzu etmək və məqsədə sahib olmaq hələ kifayət deyil. Sizin həmçinin kifayət qədər mənəvi və psixoloji enerjiniz də olmalıdır və bu vacib haldır.

FƏALİYYƏT PLANI!

Bizim tanıdığımız bütün milyoner və milyarderlərin hamısının riayət etdikləri fəaliyyət planları var.

YARADICILIQ!

Yaradıcılıq – hər hansı bir şeyi yerinə yetirmək üçün yeni və daha yaxşı üsulların işlənib hazırlanmasıdır. Yaradıcı bir şəxs olmaq üçün isə siz təxəyyülə, təşkilatçılıq qabiliyyətinə, cəsarətə və hünərə sahib olmalısınız.

BAŞQA İNSANLARIN PULLARINDAN İSTİFADƏ EDİN!

Doğrudur ki, zənginliyi yaratmaq üçün pullara ehtiyac var. Lakin pullar sizin olmaya da bilər! Varlı insanların belə bir vərdişi var ki, öz zənginliklərini qurmaq üçün başqalarının pullarından istifadə edirlər.

MƏNFƏƏT!

Mənfəət – də həmçinin hər bir varlı insanın istifadə etdiyi güclü üsullardan biridir. Amerikanın məşhur milyarderlərindən biri Con Pol Qetti deyirdi: “Öz gəlirimin 100%-ni istifadə etməkdənsə, 100 insanın 1% gəlirindən istifadə etmək daha yaxşıdır”. Mənfəət – tez bir zamanda varlanmaq üçün qızıl açardır.

İNTİZAMLI OLMAQ!

Milyoner və milyarderlər – bu insanlar yüksək intizama sahib insanlardır. Siz özünüzü idarə etməyi bacarmalısınız: bura harada və nə yediyiniz, nə qədər içdiyiniz, nə qədər pul xərclədiyiniz, nə fikirləşdiyiniz və nəyə inandığınız, digər insanlara nə dediyiniz daxildir.

UĞURUN SURƏTİNİ ÇIXARIN!

Varlı və məşhur insanların bioqrafiyalarını oxuyun, xüsusən də hazırda sizin qarşınızda duran məqsədlərə artıq nail olmuş insanların. Onların öz arzularını necə reallığa çevirmələrini öyrənin. Onların uğurlarının sürətini çıxarmağı bacarın və onların nailiyyətlərindən istifadə etməyi öyrənin. Bu uğura və zənginliyə aparan əsas yoldur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər