19 C
Baku
Thursday, April 25, 2024

Milyonerlərin təhsil ocaqları

Böyük Britaniyanın aparıcı investisiya şirkəti Skandia imkanlı britaniyalılar arasında onların təhsil aldıqları yer mövzusunda tədqiqat apardı, məqsəd hansı təhsil müəssisəsinin gələcəyin milyonçularını yetişdirdiyini öyrənmək idi.

Beləliklə, milyonerlərin təhsil ocaqlarından biri olan London universitetində (University of London) təxminən 120.000 tələbə təhsil alır. Universitet bir çox şöbələrdən ibarətdir və tərkibində 19 kollec və 10 ixtisaslaşmış tədqiqat institutunu birləşdirir. London universitetinin məşhur məzunları arasında ABŞ-da milyardlar qazanmamışdan qabaq London universitetinin London School of Economics şöbəsində təhsil almış Corc Sorosu qeyd etmək olar.

Digər bir milyoner, yazıçı Ken Follet də bu təhsil müəssisəsinin fəlsəfə fakültəsində oxuyub. Eləcə də, The Rolling Stones-un solisti Mik Caqqeri qeyd etməliyik.

london school 400.jpg Məşhur ali məktəb britaniyalılardan başqa, xarici tələbələri də özünə cəlb edir ki, bu da onu Böyük Britaniyanın ən nüfuzlu universitetləri arasında liderə çevirir. Həm də London universiteti ən varlı tələbələrin oxuduğu ali məktəblər arasında ikinci yerdədir.

 Milyonerlərin ikinci təhsil ocağı kimi Oksfordun (Oxford University) adını çəkirlər. Tələbələrin bu ali məktəbin hansı istiqamətini seçməsindən asılı olmayaraq, hər şey onlara uğur vəd edir. Hansı fəaliyyət sahəsinin seçilməsindən asılı olmayaraq, Oxford University-in məzunlarının əksəriyyəti müvəffəqiyyət əldə edir.

Sübut olaraq onu qeyd edə bilərik ki, bu ali məktəbin məzunlarının 8%-i Britaniya milyonçularına çevrilib. Oksfordda bir çox məşhur siyasətçilər, yazıçılar, biznesmenlər, ictimai xadimlər təhsil almışlar, onların arasında dahi mütəfəkkirlər, alimlər və iş adamları var. Aktyor Hyu Qrant isə 1979-cu ildə İngilis ədəbiyyatı üzrə təhsil almaq üçün aldığı qrant sayəsində Oksfordda oxumaq imkanı əldə etmişdir.

Bunlardan başqa, Oksfordun məzunları arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton və milyarder Net Rotşild də var.

kambridj 400.jpg
Sorğuda iştirak edən milyonçuların 5,5%-i məhz Kembric universitetinin (Cambridge University) divarları arasında təhsil almışdır. Bütün sərvətini “Me and my girl” müzikli sayəsində toplamış Stiven Fray də Kembricin məzunlarındandır. Bundan əlavə, məhz bu təhsil müəssisəsindən 88 Nobel mükafatı laureatı çıxmışdır.

Sorğusu alınmış milyonerlərin 4%-i vaxtilə University of Leeds-i bitiriblər. Dire Straits rok-qrupun vokalisti, gitaraçısı və mahnılarının müəllifi Mark Noplfer də bu universitetdə təhsil almışdır. Deyilənə görə, University of Leeds-də Britaniyanın ən kasıb tələbələri təhsil alır.

manchester 400.jpg

40.000 nəfərin təhsil aldığı Mançester Universiteti (University of Manchester) 3,5% milyoner üçün “mərhəmətli ana” (Alma mater) olmuşdur.

andrews 400.jpg
Sent-Endryus Universiteti Şotlandiyanın ən qocaman ali məktəblərindən hesab olunur. O, Mançester Universiteti ilə beşinci yeri bölüşür.

birmingham 400.jpgSorğuda iştirak edən milyonçuların 2,7%-i isə Birminhem Universitetində oxumuşdur. Onun məşhur məzunları arasında “Manchester United” futbol klubunun icraçı direktoru və Futbol Assosiasiyasının Direktorlar Şurasının üzvü Devid Qilldir.

bristol 400.jpgBristol Universiteti (Bristol University) 2,3 %-lik milyonerlə fəxr edə bilər. Milyonçuların 2,3%-i – Edinburq universiteti (University of Edinburgh), 2%-i isə Birminhemdəki Aston Universitetinin (Aston University) payına düşür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər