Misir müftisi fətva verdi: “Bitcoin” İslamla qadağan edilir

Müftinin məsləhətçisi Məqdi Əşor bildirib ki, bitkoin terroristlərin maliyyələşməsi üçün istifadə edilir

Misir müftisi bitkoin alverini qadağan edib. Misir bitkoin alverindən imtina edib. Ölkənin baş müftisi Şeyx Şəvki Əllam kriptovalyuta əməliyyatlarını qadağan edən fətva verib.

Əllamın sözlərinə görə, bitkoin İslam dininə görə qadağandır. Çünki bitkoin dələduzluq, yalan və cahilliyi özündə birləşdirir.

Xatırladaq ki, fətva, müsəlman din adamlarının nümayəndələri tərəfindən hazırlanmış qərardır. Adətən heç bir hüquqi gücü olmur və inanclılar arasında keçərli olur.

Qeyd edək ki, Misirdə ilk dəfə 2017-ci ilin avqust ayında bitkoin alveri üçün meydanca açılmışdı. Ancaq dekabrda dövlət bu kriptovalyutanı qanunsuz elan etdi.

Nəzərinizə çatdıraq ki, Bloombergin məlumatına görə, bitkoin 2017-ci ildə 1403 faiz bahalaşıb. Belə ki, ötən ilin başlanğıcında ABŞ-da bitkoinin qiyməti 1000 dollar olduğu halda dekbarın 18-də onun qiyməti 19511 dollar olmuşdu. İlin sonu 15 min dollar olsada, bazar ertsəindən onun qiyməti 13 min dollara qədər enib.

Onu da deyək ki, müftinin məsləhətçisi Məqdi Əşor bildirib ki, bitkoin terroristlərin maliyyələşməsi üçün istifadə edilir.

📝 RƏY BİLDİR