15 C
Baku
Friday, March 29, 2024

MKR nədir və ondan necə faydalanmaq olar?

Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildən Mərkəzi Bankda yaradılmışdır. MKR-in əsas məqsədi hüquqi və fiziki şəxslərin məbləğindən və müddətindən asılı olmayaraq bütün kreditlərin reyestrini yaratmaqdır. Bu kreditlər həm banklarda həm də bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən verilən kreditlərdir.

MKR-in yaradılmasının digər məqsədi isə kredit üçün sifariş verən fiziki və ya hüquqi şəxsin kredit ödəmə qabiliyyətini onun kredit tarixçəsini və kreditlərin müqavilə üzrə vaxtı vaxtında ödəmələrini həyat keçirməsini öyrənməkdir. Hal hazırda MKR-ə yalnız Mərkəzi Bankın xüsusi razılığı ilə bankın və ya bank olmayan kredit təşkilatçısının adlarından sorğu etmək icazə verilir. Bu zaman onlara xüsusi icazə verilir və bu icazə əsasında bank və BOKT-un nümayəndələri fiziki və ya hüquqi şəxslərin sifarişini MKR-ə göndərirlər və bundan sonra sorğularına cavab alaraq müştərinin kredit tarixçəsinə baxırlar.

Hal hazırda MKR-də kreditlər 2 yerə bölünür.

1. Aktiv öhdəliklər

2. Bağlı öhdəliklər

Aktiv öhdəliklərdə fiziki və ya hüquqi şəxsin hər hansı bank və ya bank olmayan kredit təşkilatında hal hazırda olan kredit borcu göstərilir. Bağlı öhdəliklərdə isə fiziki və ya hüquqi şəxsin adına keçmişdə olmuş və hal hazırda o borc üzrə məbləği 0 (sıfır) olan kreditlər əks olunur.

Bundan əlavə MKR-də müştərinin kreditlərinin bank və ya bank olmayan kredit təşkilatlarında olması da əks olunur. Lakin müştərinin aktiv və bağlı öhdəlikləri hansı bankda olması göstərilmir. Əgər bankda olarsa XXX Bank, əgər müştərinin krediti bank olmayan kredit təşkilatında olarsa bu zaman XXX BOKT yazılır. Əgər hər hansı anlaşılmazlıq olarsa, bu zaman müştəri Mərkəzi Banka müraciət edərək kreditin hansı banklarda və ya bank olmayan kredit təşkilatlarında olduğunu tam dəqiqləşdirə bilər.

MKR-də bundan əlavə müştəriyə verilən kreditin məbləği, verilmə tarixi, müqavilə üzrə bitmə tarixi, aylıq ödənişin məbləği və gecikmələri göstərilir. Bəzən isə bank və ya BOKT MKR-ə məlumatları tam dolğun göndərmədikləri üçün orda məlumatlar səhv olur ya müştəridə kredit bağlı olduğu halda aktiv və ya gecikmə göstərilir. Bunu yalnız müştəri hər hansı banka və ya BOKT-da müraciət edərək kredit götürmək istədiyi təqdirdə görünür. Bu halda da əgər gecikmələr çox olarsa müştəriyə kredit verilmir.

Lakin müştəri tam əmindirsə gecikmə onun ödənişlərindən baş verməyib, bankın səhvindən baş verib, bu halda müştəri Mərkəzi Banka müraciət edərək tam dəqiqləşdirmə aparır. Həmin bank və ya BOKT-un adını öyrənir, sonra isə həmin təşkilata müraciət edərək məsələnin onun xeyrinə həll edilməsini xahiş edir. Əgər səhvin həmin təşkilat tərəfindən edildiyi təsbit olunarsa, bu halda bank və ya BOKT MKR-ə yazılı bildiriş göndərərək müştərinin kredit tarixini bərpa edir və gecikmələri ləğv edir. Lakin bank və ya BOKT-un səhvi üzündən baş verməzsə onda məlumatlar olduğu kimi qalır.

Bundan əlavə 11 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06/02 nömrəli qərarı ilə “Mərkəzləşdirilmiş kredit reyestrinin aparılması və istifadəsi Qaydaları” təsdiq olunmuş, 02 aprel 2013-cü il tarixindən isə qüvvəyə minmişdir.

Yeni Qaydalarda bir neçə dəyişiklik olmuşdur:

1. Bank və BOKT-lər üçün MKR-də sorğu qiymətinin 2 manatdan 1 manata endirilməsi;

2. Bank və BOKT-lər tərəfindən potensial borcalanlar haqqında reyestrdə aparılan sorğular üçün tələb olunan şəxsi razılığın standart formasının tətbiqi;

3. Məlumat subyektlərinə özləri barədə distant sorğu ilə müraciət etmək imkanının yaradılması;

4. Reyestrdə elektron imzanın tətbiqi;

5. Şəxslərin MKR-ə müraciətləri üçün nəzərdə tutulan formaların təkmilləşdirilməsi;

6. Şəxslərin Mərkəzi Bankın Regional Mərkəzləri vasitəsilə reyestrə sorğu və müraciət etmək imkanının yaradılması.

Bununla yanaşı əvvəllər MKR-də gecikmə olduğu halda hansı aylarda olması barədə məlumat verilmirdi, lakin artıq yeni MKR-formatında isə bu gecikmələr hansı aylarda olması dəqiq göstərilmişdir.

MKR-də məlumatlar yalnız kredit müqaviləsində olan məbləğ aylıq ödəniş və kreditin bitmə tarixi göstərilir. Əgər müştəri artıq ödəniş edərsə və aylıq ödənişləri dəyişərsə bu haqda məlumatlar MKR-də yenilənmir.

Son xəbərlər
Digər xəbərlər