13 C
Baku
Friday, March 29, 2024

MM-də dövlət büdcəsinə daxil olan layihələr müzakirə olunacaq

Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planı müəyyənləşib.

APA-nın xəbərinə görə, payız sessiyasının planına 14 bölmədən ibarət məsələlər daxildir.

Bura Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr aiddir. Habelə, Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin də payızda müzakirəsi gözlənilir.
Bütün bunlardan başqa, planda «Milli Məclisin deputatının etik davranışı», «Kinematoqrafiya haqqında», «Psixoloji yardım haqqında» və «Kredit borcları haqqında» qanun layihələri də yer alır.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır.

Son xəbərlər
Digər xəbərlər