4 C
Baku
Friday, March 29, 2024

Mobil ödənişlər xidmət sahəsini və şəhərlərin həyatını necə dəyişir?

Asanlıqla taksi çağırmaq və yaxud kimyəvi təmizləmə xidməti sifariş etməyə iman verən müasir texnologiyalar günbəgün həyatımıza daha fəal şəkildə daxil olur. The Guardian nəşrinin verdiyi məlumata görə, ekspertlər narahatdırlar ki, yaxın zamanlarda innovativ texnologiyalar hətta adi mağazaları da küçələrdən sıxışdırıb çıxaracaq.

Uber-in peyda olması ilə taksi bazarının inkişafında, Airbnb ilə isə mənzil icarəsi seqmentində hansı dəyişikliklərin baş verməsinin şahidi olduq. Belə təəssürat yaranır ki, yaxın gələcəkdə “tələbatdan” yaranan tətbiqetmələr həyatımızın bütün sahələrinə daxil olacaq. Hər şeydən əvvəl gündəlik olaraq istifadə etdiyimiz xidmət sahələri zərər ilə üzləşəcək. Məsələn, ABŞ-da alış-verişdən əldə edilən məhsulları və yaxud kimyəvi təmizləmədən əşyaları gətirən, həmçinin ayaqqabının təmizlənməsini sifariş edən tətbiqetmə fəaliyyət göstərir. İndiki mərhələdə bu xidmətlər bir o qədər çox geniş yayılmayıb. Bu xidmətlərin uğur qazanması halında insanlar ümumiyyətlə yaxınlıqda belə olan mağazalara və yaxud ayaqqabı təmir edən məkanlara getməyəcək ki, bu da bu fəaliyyətlə məşğul olan şəxslərin öz işi ilə vidalaşmasına səbəb olacaq.

Ekspertlər belə hesab edirlər ki, xidmət bazarının müasirləşməsi evinizin yaxınlığında yerləşən mağaza və yaxud kafelərin yox olmasına gətirib çıxara bilər. Əvvəllər həmin məkanlara gündəlik olaraq baş çəkən insanlar məhsulların çatdırılması xidmətini göstərən tətbietmələr yarandıqdan sonra bu vərdişi tərgitməyə başlayacaq. Bu ticarət nöqtələri isə müştərisiz qalacaq. Bundan əlavə, mütəxəssislərin fikrincə, tezliklə insanların hər hansı bir məshulu alması və yaxud sifariş etməsi üçün ümumiyyətlə evini tərk etməsinə ehtiyac qalmayacaq. Hər şeyi smartfon və yaxud planşet vasitəsilə həyata keçirmək mümkün olacaq.

Bazarın tam olaraq dəyişməsinə ən yaxşı nümunə Airbnb xidmətidir. Öz daşınmaz əmlakını bu tətbiqetmənin köməkliyi ilə icarəyə verən mənzil sahibləri öz istəklərindən asılı olmayaraq mənzil bazarında defisit yaradırlar. Avropanın bəzi şəhərləri (Berlin və Barselona) xidmətin saytında fırıldaqçılıq halı və qanunsuz mənzillərin qarşısını almaq üçün mübarizə aparmağa başlayıb.

Bununla yanaşı, mobil tətbietmələr bazarında vəziyyət heç də pis deyil. Texnologiyaların yaradılması və inkişaf etdirilməsində fəal olaraq iştirak edən və onlardan öz inkişafları üçün istifadə edən şirkət və restoranlar bazarda yaxşı yerlər tutmağa başlayıb və əldə etdikləri gəlirlər öyünə bilər.

Alimlər mobil tətbiqetmələrin qlobal təsiri ilə yanaşı, sosial şəbəkələrin də bütün bir şəhərin inkişafına təsirini də qeyd edib. Sosial şəbəkələrdə qeyd edilən məkanlar əsasında aparılan araşdırmanın nəticələrinə görə, turistlərin daha çox zaman keçirdiyi ərazilər yüksək templə inkişaf üçün maksimum şanslara sahibdir. Başqa sözlə desək, Nyu-Yorkun hər hansı bir küçəsinin sosial şəbəkə istifadəçiləri arasında populyar olması o deməkdir ki, bu yer böyük ehtimalla tez bir zamanda sürətlə inkişaf edəcək.

Son xəbərlər
Digər xəbərlər