18 C
Baku
Thursday, April 25, 2024

“Mobil Şöbə” əlavəsində ölkə üzrə pulköçürmə xidməti əlavə olundu

Bank Respublika-nın “Mobil Şöbə” xidmətində “Vektor” ölkədaxili pulköçürmə sistemi əlavə edildi.

İndi istifadəçilər “Mobil Şöbə” üzərindən pul vəsaitlərini öz cari hesablarından və ya bank kartından yaxın və qohumlarına nağd şəkildə göndərə biləcəklər. Pulu köçürmək üçün “Vektor” bölməsinə daxil olub pulu alan şəxsin adı, soyadı, atasının adını və müvafiq məbləği qeyd etmək kifayət edir. Göndərilən məbləği bankın istənilən filialından almaq olar.

Pulu alan şəxsin “Vektor” kartı varsa vəsaiti birbaşa həmin karta da dərhal köçürmək mümkündür. Karta köçürülən məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq.

Xatırladırıq ki, “Mobil Şöbə” əlavəsini aşağıdakı linklərə keçid etməklə PlayMarket və AppStore-dan yükləmək olar.

iOS – https://appsto.re/az/7jeFbb.i

Android – https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər