22 C
Baku
Thursday, April 25, 2024

Moldova Milli Bankının keçmiş sədri həbs edilib

Moldova Milli Bankının keçmiş başçısı Leonid Talmaç dələduzluqda ittiham edilərək Korrupsiyaya qarşı Milli Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tutulub.

TASS xəbər verir ki, bunu Moldova prezidentinin mətbuat katibi İvan Çeban “Facebook” səhifəsində yazıb.

“Biz bu həbsdən narahatıq. Leonid Talmaç Moldova Respublikası üçün çox vacib adamdır. Onu beynəlxalq ictimaiyyət yüksək dəyərləndirir. Ölkədə bank sisteminin formalaşmasında əsas rol oynayıb”, – deyə mətbuat katibi yazıb.

Məlumata görə, Kişineu məhkəməsi Talmaçın 15 sutka həbsi barəsində qərar qəbul edib. O, “Avtonəqliyyat vasitələrinin milli sığorta bürosu” İctimai Assosiasiyasına ziyan vurmaqda şübhəli bilinir. Leonid Tamaça qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, o, 15 il müddətinə azadlıqdan məhrum ediləcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər