15 C
Baku
Friday, April 26, 2024

Moody Azərbaycanın reytinqin dəyişməz saxladı

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının reytinqini “Baa3” səviyyəsində saxlayıb.
Banker.azın  “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Moody’s”in yaydığı məlumatda qeyd edilir.

Proqnoz stabil olaraq qalır.

Agentlik istiqrazların “Baa3” səviyyəsində, “stabil” reytinqə malik olmasının üç faktora əsaslandığını qeyd edib: “Dövlət Neft Fondunun iri aktivləri hesabına Azərbaycan fiskal möhkəmlik əldə edib. Ölkənin fiskal dayanıqlılığı və işsizliyin aşağı səviyyədə olması neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata olan mənfi təsirini yumşaltmağa yardımçı olacaq”.

Agentlik hesab edir ki, 2016-cı ildə büdcə defisiti ÜDM-in 5,5%-ni təşkil edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər