26 C
Baku
Wednesday, April 24, 2024

“Moody’s” Azərbaycanın bank sektorunun depozit bazasını qeyri-sabit hesab edir

Zəif əməliyyat mühiti və yüksək valyuta riskləri Azərbaycanda fəaliyyət göstərən bankların effektiv fəaliyyət imkanlarını məhdudlaşdırır. 

Bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycan bankları ilə bağlı bu gün yaydığı hesabatda bildirilir.

Agentliyin vitse-prezidenti Mariya Malyukova qeyd edib ki, zəif kredit tələbi və yüksək inflyasiya fonunda 2017-ci ildə iqtisadi durğunluğun davam etməsi bankların kreditləşməni artırmasına mane olacaq.

Agentlik həmçinin qeyd edir ki, bank aktivlərinin keyfiyyətinin zəif olması bankların kapital və rentabelliyini məhdudlaşdırır. Belə ki, 2015- ci ildə məcmu nominal kreditlərin 16%-ni təşkil edən problemli kreditlər, 2016-cı ilin sonunda 30%-ə çatıb: “Problemli kreditlərin payı yüksək qalmağa davam edəcək. Buna səbəb kredit götürənlərin məhdud ödəmə qabiliyyətinin olması və valyuta risklərinə həssas olmalarıdır”.

M.Malyukovanın fikrincə, hazırda bankların problemli kreditlərə ayırdığı ehtiyatların həcmi buna kifayət etmir. Agentlik 2017-ci ildə də bankların gəlirlərini itirəcəyini xatırladır. Belə ki, onların kredit xərcləri, kreditdən öncəki gəlirlərindən çoxdur. Həmçinin, xarici valyutada açıq valyuta mövqeyinin hedc edilməməsi bankları məzənnə dalğalanmalarına qarşı həssas edir.

“Kapital buferi yüksək kredit itkiləri və valyuta riskləri səbəbindən təzyiq altında qalacaq. Banklara qarşı mümkün yeni tənzimləyici sərtləşdirmə qaydalarının tətbiqi onların kapitalını artırması ilə nəticələnə bilər. Əsas problem depozitlərdə dollarlaşmanın yüksək olması ilə bağlıdır. Belə ki, bu amil milli valyutada qıtlıq yaradıb, bankların maliyyələşdirilməsi depozit bazasının dayanıqlığını itirməsi səbəbindən axsayır”, – deyə hesabatda qeyd olunub.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər