22 C
Baku
Thursday, April 25, 2024

“Moody’s” “Bank Technique”in reytinq proqnozunu “Stabil” səviyyəyə dəyişdirib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Bank Techhnique” ASC-nin yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinq proqnozunu “Stabil” səviyyəyədək yüksəldib. Eyni zamanda “Moody’s” Bankın reytinqini Caa2 səviyyəsində təsdiqləyib.

Agentliyin hesabatında qeyd edilir ki, proqnozun müsbət tərəfə dəyişdirilməsi “Bank Technique”in maliyyə sabitliyini əks etdirir və əlavə edirlər ki, maliyyə qurumu problemli kreditlərin və kapital bazasının bərpasında əhəmiyyətli irəliləyişə nail olub. “Moody’s” son 18 ay ərzində kapitalın artımını qeyd edir və bu göstəricinin ilin sonuna qanunla müəyyən edilmiş minimal həddi 12% üstələcəyini gözləyir.

Kapital artımı, mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların bərpa edilməsi və risklərin azaldılması nəticəsində Bankın birinci səviyyəli kapital göstəricisi 2011-ci ilin sonu (1.7%) ilə müqayisə yaxşılaşaraq 9% təşkil edib.

Bundan əlavə, Moody`s analitikləri bildirirlər ki, son 18 ay ərzində “Bank Technique” öz likvidlik səviyyəsini möhkəmləndirə bilib. Bank likvid aktivləri kifayət həcmdə saxlayır – ümumi həcminin təxminən 20%. Depozit portfelinin həcmi də əhəmiyyətli dərəcədə – 19% artırılıb, bu isə ümumi öhdəliklərin 58%-i təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər