Moody’s-dən bankların blockchain texnologiyalarından istifadəsi riskləri ilə bağlı xəbərdarlıq

Moody’s Agentliyinin blockchain-in dünya bank sisteminə mümkün təsiri haqqında hesabatında bildirilir ki, banklar tərəfindən blockchain texnologiyalarının tətbiqi və istifadəsi onların əməliyyat xərclərini azalda bilər, lakin komissiya gəlirinə sonrakı təzyiq isə onların kredit qabiliyyətini aşağı sala bilər.

Moody’s Agentliyinin Avropa, Orta Şərq və Afrika üzrə baş kredit eksperti, qrupun idarəedici direktoru Kolin Ellis hesab edir ki, “Transsərhəd əməliyyatların xərclərinin azaldılması və sürətinin artırılması bankların kredit qabiliyyəti üçün müsbət amil olsa belə, onların ödəniş və komissiyalarının azaldılması kredit qabiliyyətinə mənfi təsir göstərə bilər”.

Agentliyin məlumatına görə, bu vəziyyət ən çox gəlirinin 50%-dən çoxunu komissiya və birdəfəlik ödənişlər təşkil edən İsveçrə banklarına, həmçinin komissiya gəlirinin təxminən 35%-ni əldə edən İtaliya, Kanada və İsrail kredit təşkilatlarına təsir göstərə bilər.

Bununla yanaşı, blockchain-in tətbiqi Böyük Britaniya, Belçika və İsveçrə maliyyə institutları kimi transsərhəd əməliyyatlarda əhəmiyyətli payı olan banklar üçün texnoloji cəhətdən təhlükəlidir. Moody’s qeyd edir ki, paylanmış reyestrlərin nisbətən yeni texnologiyası əməliyyatların aparılmasında çoxsaylı nöqsanlara səbəb ola bilər.

📝 RƏY BİLDİR