“Moodys” ilk dəfə “Petkim”ə “B1” reytinq verib

“Moody’s” beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq “Petkim Petrokimya Holding A.Ş.”nin korporativ reytinqini və mümkün defolt reytinqini “B1” səviyyəsində təyin edib.

Banker.azın APA-ya istinadən xəbər verir ki, agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz stabildir.

“Şirkətin B1 reytinqi  onun Türkiyədə dayanıqlı bazar mövqeyini və likvidliyin zəif olmasına baxmayaraq yüksək kredit göstəricilərini tarazlaşdırır”, – deyə agentliyin vitse-prezidenti, baş analitik Rehan Əkbər qeyd edib.