19 C
Baku
Thursday, April 25, 2024

“Moody’s”: Qlobal neft və qaz bazarında qazanclar artacaq

Qlobal neft və təbii qaz bazarının axtarış-istehsal sektorundakı ümumi qazanclar bu il təxminən 20-30 faiz artacaq.

“Moody’s” beynəlxalq reytinq agentliyi bu qənaətdədir. “Moody’s” qlobal neft və qaz bazarında axtarış və istehsalat fəaliyyətlərindən əldə edilən qazancların bu il 20-30 faiz arasında artacağını nəzərdə tutur. Neft və qaz bazarının axtarış-istehsal sektorundakı ümumi qazanc 2015-ci ildə 45 faiz, 2016-cı ildə 25 faiz azalıb. Həmçinin son iki ildə neft-qaz sektorundakı xərclər də maksimum azalıb. Bu da həmin sektora mənfi təsir göstərib.

Cari ildə qlobal neft-qaz hasilatı və əmtəə qiymətləri artım göstərir. Axtarış-istehsal sektorundakı qazanclar qarşıdakı 12-18 ayda daha da yaxşılaşacaq. Qlobal neft və qaz bazarında kapital xərcləri də bu il artacaq.

“Moody’s” qlobal neft və qaz hasilatının da bu il keçən ilə nisbətən təxminən 5 faiz artacağı proqnozlaşdırır.

©AZƏRTAC

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər