Morgan Stanley: 2018-ci ildə kriptovalyuta maynerlərinə bütün Argentinadan daha çox enerji tələb olunacaq

2018-ci ildə kriptovalyuta maynerləri tərəfindən istehlak olunan elektrik enerjisinin həcmi Argentina kimi bir ölkənin istifadə etdiyi elektrik enerjisi həcmini üstələyəcək.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Morgan Stanley analitikləri belə bir qənaətə gəlib.

Maynerlərin elektrik enerjisinə olan ümumi tələbatları 140 teravatt-saata çata bilər ki, bu da bütün dünyada elektrik istehlakının 0,6%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, elektromaşınlar bazarı hələ 2025-ci ildə bu həcmdə elektrik enerjisindən istifadə edəcək.

Morgan Stanley analitikləri qeyd edirlər ki, bu rəqəm qlobal energetika bazarına təsir etmək üçün hələ kiçikdir, lakin onun qəfil artımı külək və günəş enerjisi ilə məşğul olan şirkətlərin inkişafı üçün bir təkan olacaq. Digər potensial fayda qazananlar neft bazarında bərpa olunan enerji mənbələrinə yatırım edən nəhəng oyunçular olacaq.

📝 RƏY BİLDİR