15 C
Baku
Saturday, April 20, 2024

“Morgan Stanley” dolların yaxın 6 ildə ucuzlaşağı qənaətindədir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasına baxmayaraq, qlobal iqtisadiyyatda güclü artım amili səbəbindən dolların məzənnəsi yaxın 6 ildə zəif performans göstərəcək.  “Bloomberg” agentliyinə istinadən, bunu ABŞ-ın nüfuzlu “Morgan Stanley” investisiya bankının London şöbəsinin valyuta bazarları üzrə baş strategiya mütəxəssisi Hans Redeker Sinqapurda verdiyi müsahibəsində verib.

Redeker bildirib ki, qlobal iqtisadiyyat sürətləndiyi üçün investorlar dollarda inkişaf etməkdə olan ölkələrin valyutaları və avro ilə müqayisədə qısa mövqe açmalıdırlar. “Dollar bu ilin yanvar ayında son zamanların maksimal səviyyəsinə yüksəlib və bundan sonrakı 6 il ərzində onun ucuzlaşması proqnozlaşdırılır. Dolların məzənnəsi FED-in faiz artırımlarından çox qlobal iqtisadiyyatın sürəti və maliyyələşmə üçün qlobal bazarların tələbinə bağlıdır”, – deyə analitik qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər