15 C
Baku
Friday, April 26, 2024

Müəssisənin likvidliyinin qiymətləndirilməsi

Müəssisənin likvidlik səviyyəsi onun pul və ya digər vəsaitlərə çevrilmə imkanlarını xarakterizə edir. Adətən söhbət təqdim olunmuş xidmətlərə görə dərhal ödəmə haqqında gedir. Bir təşkilat nə qədər qısa bir zamanda hesablamalar üçün vəsaitləri toplayırsa, deməli həmin təşkilatın likvidlik və vəsait ödəmə səviyyəsi yüksəkdir. 

Müəssisənin likvidliyinin qiymətləndirilməsi əmsalın və maliyyə göstəriciləri məcmusu əsasında hesablanır. Qiymətləndirmənin əsas məsələsi cari ilin səhmlərinin dəyərinin mövcud olan öhdəliklərlə nisbətidir.

1. Ödəmə əmsalı

Ödəmə əmsalı müəssisənin mövcud olan öhdəlikləri maliyyə vəsaitləri ilə ödəmək bacarığıdır. Buna adətən dövriyyədə olan vəsaitlərin satışı ilə nail olurlar. Müəssisənin likvidliyinin yüksək olması üçün cari səhmlərin dəyərinin cari öhdəliklərin məbləğindən çox olması gərəkdir.

Əmsalın optimal göstəricisi 1,5-2,5-dir. Əmsal göstəricisi 1,5-dən az olarsa, bu, o deməkdir ki, müəssisə öhdəlikləri ödəyə bilmir.

2. Cari likvidliyin əmsalı

Cari likvidliyin əmsalı pul və ya digər biləvasitə maliyyə investisiya vəsaitləri ilə cari öhdəliklərin ödənilməsidir. Ümumi mənada, bu müəssisənin vaxtında ödəniləcək hesabların ödənilməsidir.

3. Mütləq likvidlik əmsalı

Mütləq likvidlik əmsalı müəssisənin səhmləri satmadan qısa müddətli öhdəliklərin bir qisminini ödəməsini xarakterizə edir.

4. Təmiz dövriyyə kapitalı

Təmiz dövriyyə kapitalı təşkilatın sabitliyini xarakterizə edir. Müəssisənin cari səhmlərin dövri ödənişlərində bir pozulma olarsa, təmiz dövriyyə kapitalı müəssisənin likvidliyini sabitləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.