12 C
Baku
Thursday, March 28, 2024

Müasir marketinq trendləri

Müasir marketinq hazırda əsas diqqəti məhsuldan çəkərək, istehlakçıya doğru yönəldir. Bununla əlaqədar olaraq da bir neçə istehlakçıya yönəlmiş trendlər yaranır. Bu trendlərdən bəziləri ilə tanış olaq:

Faydalılıq

Öz məhsulunu pulsuz bonuslar ilə irəli çəkən brend, “faydasız” rəqibdən fərqli olaraq daha çox diqqətə nail olacaq. Hazırda bu məqsəd üçün ən populyar olan üsullardan biri – pulsuz mobil tətbiqetmənin yaradılmasıdır.

Emosiyalar ilə oyun

Şirkət öz işini yaxşı gördükdə, yəni auditoriyanı təəccübləndirməyi bacardıqda sarafan marketinqi də öz işinin öhdəsindən yaxşı gələcək. O isə bunu məhsul, qablaşdırma, xidmət, video-çarx, tədbirlər vasitəsilə edir. Burada alət vacib deyil, əsas olan istehlakçının emosiyalarına toxunmağı bacarmaqdır (təbii ki, şirkətin imicinə zərər vurmadan).

 Sadələşdirmə

Cəlbedici dizayn çox güman ki, lakonik və aydın dizayn ilə rəqabətdə qalib gələ bilməyəcək. Müştərinin zamanına qənaət etmək əsas arqumentdir. Məhsulunuz, saytınız, tətbiqetmənizdən istifadə etmək nə qədər asandırsa bir o qədər çox kütlənin rəğbətini qazanmaq şansına sahibdir.

Materiallaşdırma

Daha doğrusu offline-dan çıxaraq sosial şəbəkələrə inteqrasiya etmək. Bu istənilən addım ola bilər: xeyriyyə aksiyası, qeyri-adi reklam konstruksiyasının yaradılması və s. Yəni brendinizin konsepsiyasını gücləndirən və kütləni cəlb edənhər bir şey.

“Mühafizəkarlıq”

Marketinq strategiyası asanlıqla dəyişikliklərə ayaq uydurmalı, lakin eyni zamanda öz məqsədlərinə sadiq qalmalıdır.

Gamification

Gamification – auditoriya cəlb etmək üçün effektiv və dəbdə olan üsul olmaqla, istehlakçı ilə istənilən ünsiyyət prosesində tətbiq edilə bilir.

Fərdi yanaşma

İndividual yanaşma hazırda bütün ünsiyyət proseslərinin əsasında dayanır. Hədəf kütlənizin hər bir qrupunu nə qədər yaxşı anlasanız, marketinq strategiyanız bir o qədər çox uğur qazanacaq.

 

 

Əməkdaşlıq

Sizin qədər istehlakçılara yaxın olan brendlərlə ortaq kampaniyalar həyata keçirin. Bu hər iki brendə olan sevgini artırmağa kömək edən vasitələrdəndir.

 

Hislərə təsir

İstehlakçıların görmə, qavrama, duyğu və eşitmə imkanlarına unikal şəkildə təsir etməyi bacarsanız, bu sizin brendinizi onlara daha yaxın və xoş edəcək.

 

Son xəbərlər
Digər xəbərlər