15 C
Baku
Friday, March 29, 2024

Mübariz Mənsimov – “Biz beynəlxalq şirkətik”

“Biz beynəlxalq şirkətik. Türkiyədə bizi türk, Rusiyada rus, Azərbaycanda isə azərbaycanlı hesab edirlər” – deyə Mübariz Mənsimov Palmali şirkətinin İstambul ofisində Forbes jurnalına müsahibə verir. Palmali şirkəti – Rusiya nefti və neft məhsullarını daxili su yolu ilə nəhəng daşıyıcı, Azərbaycan neftinin eksklüziv daşıyıcısı və Xəzər dənizində nəhəng oyunçulardan biridir.

Şirkətin 230 gəmisi ildə 105 milyon ton neft və neft məhsullarını daşıyır. Müqayisə üçün qeyd edək ki, Rusiyanın ən nəhəng tanker şirkəti olan “Новошип” ildə yalnızca 60 milyon ton neft daşımağa qadirdir.

Bununla yanaşı, Palmali şirkəti geosiyasi səhnədə vacib rol oynayır. Belə ki, şirkət qərb istehlakçılarına Xəzər regionu ölkələrinin – Rusiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan energetik resurslarını əlçatan edir.

Türkiyədə Mənsimovu artıq çoxdandır ki, “özlərininki kimi” qəbul ediblər. Sahibkar burada tək gəmiçilik şirkətinə deyil, həmçinin otel və tikinti şirkətinə də sahibdir. Lakin sahibkar öz doğma vətənini də unutmur. O “Xəzər-Lənkəran” futbol klubuna sponsorluq edir. Bununla belə, Azərbaycana investisiya yatırmaq Mübariz Mənsimov üçün siyasi nöqteyi-nəzərdən də vacibdir.

Son xəbərlər
Digər xəbərlər