13 C
Baku
Saturday, April 27, 2024

Mübariz Mənsimov- varlı azərbaycanlılar silsiləsindən

Təvəllüd: 22.03.1968-ci il

Vətəndaşlıq: Türkiyə (Azərbaycan əsilli)

Tərcümeyi-halı

Azərbaycanlı iş adamı, ‘Palmali Group of Companies’ nəhəng logistika kompaniyasının və Azərbaycanın “Xəzər-Lənkəran” adlı futbol klubunun təsisçisi; ‘PALSUD’ süd kompaniyasının təsisçisi Forbesin milyarderlər siyahına daxil olub, 2009-cu ilin martında Türkiyənin ən gənc milyarderi seçilmişdir.

Hal-hazırda Forbes-ə əsasən Mübariz Mənsimovun var-dövlətinin miqdarı 1,2 milyard dollar məbləğində qiymətləndirilir. Dünyanın ən zəngin insanlarının siyahısında o, 1175-ci yerdədir. Türkiyənin isə 29-cu ən zəngin insanıdır. Əslən azərbaycanlı olan Mənsimov 2006-cı ildə Türkiyə vətəndaşlığını qəbul edib, iki il sonra isə o, familiyasını dəyişərək, Qurbanoğlu soyadını qəbul etmişdi. Mübariz Qurbanoğlu Palmali Navigation firmasının sahibidir, bu gəmiçilik kompaniyasında 227 gəmi vasitəsi ilə Qara dəniz boyu xam neft daşınır. Palmalinin “LUKoyl” və “SOCAR” kimi şirkətlərlə uzunmüddətli daşıma haqqında müqavilələri vardır.

O, Azərbaycanın Masallı rayonunda fəhlə ailəsində dünyaya göz açıb. Cəmşid Naxçıvanski adına xüsusi ixtisaslaşdırılmış hərbi məktəbin yetirməsidir. 1988-1994-cü illərdə Mübariz Mənsimov Xəzər dəniz paroxodçuluğunda çalışıb. Elə həmin müddət ərzində o, Moskva Dövlət Universitetində aldığı hüquqşünaslıq təhsilini başa vurub.

Hərbi məktəbdə əldə etmiş olduğu dənizçi səriştəsini Mənsimov praktikada da tətbiq etmək imkanı əldə etmişdir; onun səyahətlərinin coğrafiyası kifayət qədər genişdir – onun çoxsaylı səfər məntəqələri arasında hətta Livan da vardır. Əldə edilmiş təcrübə Mənsimov üçün demək olar ki, qiymətsizdir, heç də əbəs yerə deyil ki, bu gün ‘Palmali’ menecerlərinin hazırlıq dövründə bu tipli səyahətlər vacib mərhələlərdən hesab olunur.

1994-1997-ci illərdə Mübariz Mənsimov “Agent-34” kompaniyasının həm-sahiblərindən biri idi. 1997-ci ildə o, Palmali-ni yaratdıqdan sonra dərhal onun prezidenti və bu ad altında birləşən kompaniyalar qrupunun birmənalı şəkildə prezidenti oldu.

Mənsimova məxsus ‘Palmali Group of Companies’ (Palmalı Şirkətləri Qrupu) nələri idarə edir: Palhaber televiziya kanalı və PAL FM radistansiyası. Bundan əlavə Azərbaycanın “Xəzər Lənkəran” futbol klubu da Mübariz Mənsimova məxsusdur, baxmayaraq ki, hazırda klubun prezidenti Mübarizin qardaşıdır. (Sonuncu məğlubiyyətindən sonra düzü komanda haqqında danışmaq və yazmaq istəmirəm –redaktordan).

“Palmali”, sözsüz ki, regionun ən məşhur logistika kompaniyalarından biridir: hazırda kompaniyanın 227-dən çox gəmisi vardır, lazım gəldiyi təqdirdə Mənsimovun yaratdığı şirkət 60-a yaxın gəmini icarəyə götürə bilir. Bu, çox da böyük olmayan flotun əsas vəzifəsi müxtəlif ölkələrə neft daşımaqdır. Onun gəmilərində ildə 100 milyon tondan çox neft daşınır. Mənsimov daha çox Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan neft məhsullarının daşınmasına üstünlük verir. Palmali-nin həyatda keçirdiyi ən uzun reyslərdən birinin uzunluğu 9800 kilometr təşkil edir.

“Palmali’nin tək sahibi var, oda mənəm. Mənim də arxamda Allah-dan başqa heç kim yoxdur”.

“Nəinki dövlət başçıları ilə, heç bir dövlət məmuru ilə belə ortaqlığım yoxdur, olmayacaq da”.

– Verdiyi reportajlardan birində o, söyləyib ki, “Şirkətimdə yaxşı çalışanlara üstün xidmət medalı verilir və bu çalışanların hər il yüzdə 15 maaş artımı ilə yanaşı təqaüdçü olduqdan sonra da maaş alırlar. Öldükdən sonra da ailəsi əməkli maaşını almağa davam edir”.

– Bütünlüklə 45.000 , Türkiyə-də 3.000 yaxın çalışanımız var.

– 5 ildə bir avtomobil dəyişirəm. Sürücüm belə yoxdur, özüm sürürəm.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər