Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib – YENİLƏNİB

Müdafiə sənayesi naziri Yavər Camalov bu gün günorta saatlarında Bakıdakı evində vəfat edib.

APA-nın məlumatına görə, bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

69 yaşlı nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.

***

18.55

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Müdafiə Sənayesi Nazirliyindən məlumat təsdiqlənib.