15 C
Baku
Saturday, April 20, 2024

Müddəti bitmiş kartları nə etmək lazımdır?

Bank kartlarınızın istifadə müddəti bitdiyi zaman onu emitent banka qaytarmalısınız. Bu zaman mütəxəssislər aydınlıq gətirir.Zolağı ev şəraitində özbaşına maqnitsizləşdirmək və ya qayçı ilə pozmaq məsləhətli deyil. Belə ki, müqavilənin şərtlərinə görə kart bankın mülkiyyəti hesab olunur. Kartı banka geri qaytararkən kart sahibi cərimələnə bilər, hər şey emitent-bankın qoyduğu tələblərdən asılıdır. Ona görə də müqavilənin şərtlərini oxuyarkən daha diqqətli olun.

Filialdan kartı geri qaytararkən onu mərkəzi aparata göndərirlər, orda isə xüsusi avadanlıqda şreder vasitəsilə məhv edirlər.

Lakin bəzi şəxlər kartları banka geri qaytarmaq əvəzinə özləri məhv etməyə çalışırlar. Ad və nömrəsi olan kartları elə-belə zibil vedrəsinə atmaq olmaz, lakin onu mətbəxdə metal vedrədə də yandıra bilməzsiniz. Ama bu, çox zəhərləyici və yanğın törədici məşğuliyyət olar.

Son xəbərlər
Digər xəbərlər