17 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Müddətli depozitlərə manatda ən yaxşı təklifi hansı Bank verir? – Siyahı

Müddətli depozitlərə manatda ən yaxşı təklifi hansı Bank verir? – Siyahı

0
Müddətli depozitlərə manatda ən yaxşı təklifi hansı Bank verir? – Siyahı

Son dövrlərdə yəqin ki, hər birimiz Bank sektorunda müsbət mənada baş verən canlanmanın şahidiyik. Sevindirici haldır ki, hal-hazırda fəaliyyətini davam etdirən Banklar çətin böhran dövründən üzü ağ çıxdı.

Banklar ard-arda kampaniyalar keçirir, xidmət və məhsulları müasir dövrün tələblərinə uyğunlaşdırırlar. Aktiv kreditləşmənin həyata keçirildiyi bir dövrdə təbii ki, Banklar əlavə vəsaitə ehtiyac duyurlar. Likvidlik balansını qorumaq üçün ən optimal və çevik vasitələrdən biri fiziki şəxslərdən cəlb edilən müddətli depozitlərdir.

Monitorinq qrupumuzun uzun müddətdir ki, depozitlər haqqında araşdırma aparmadığını və bu mövzunun aktual olduğunu nəzərə alaraq bugünkü təhlilin mövzusu olaraq müddətli depozitlər olaraq seçdik. Müddətli depozitlər – müqavilə müddəti ərzində depozitin ilkin məbləğinin üzərinə əlavə vəsaitin artırılmasına yol verilməyən depozitlərdir və adətən cəlbetmə faiz dərəcəsi digər növ depozitlərə nisbətdə daha yuxarı olur. Hal-hazırda kreditləşmə AZN valyutasında aparıldığı və Banklar da daha çox AZN valyutasında əmanətlərin cəlb edilməsində maraqlı olduğu üçün biz də Sizə məhz AZN valyutasında təklif edilən depozit faizləri üzrə müqayisəli cədvəl hazırladıq. Həm cəlbetmə faiz dərəcələri, həm də digər şərtlərlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Təklifləri müqayisə edə bilməyiniz üçün, ən çox əmanət yerləşdirilən müddət olan 12 ay əsas götürülmüşdür.

Bank Depozit Minimal məbləğ Müddət İllik faiz dərəcəsi (12 aylıq)
Aylıq Müddətin sonu
AccessBank Müddətli əmanət 50 AZN 1 – 24 ay 9,3% 10%
AFBBank Müddətli əmanət 1000 AZN 6 ay / 12 ay 7%
Amrahbank Lider əmanəti 500 AZN 3 – 36 ay 11% 12%
ASB Müddətli əmanət 3 ay / 6 ay / 12 ay 8% 10%
Atabank Universal əmanəti 500 AZN 1 – 60 ay 9,5% 10,5%
AzərtürkBank “Klassik” əmanəti 500 AZN 12 ay 7% 7,5%
Bank Avrasiya “Klassik” əmanəti 1000 AZN 12 ay / 24 ay 9% 10%
Bank BTB «Müddətli» əmanəti 100 AZN 3 – 36 ay 10% 11%
Bank Respublika Müddətli əmanət 6 – 36 ay 10% 10,5%
Bank VTB “Sərfəli” əmanəti 100 AZN 3 – 24 ay 10% 10,5%
ExpressBank “Klassik” əmanəti 500 AZN 12 ay / 24 ay 10% 10,4%
Günay Bank Müddətli əmanət 500 AZN 12 ay Razılaşma ilə 11%
Kapital Bank Kapital depoziti 100 AZN 12 ay  – 36 ay 7% 7,5%
Muğan Bank Meqa əmanəti 1000 AZN 12 ay 12,5% 12,75%
Naxçıvan Bank Müddətli əmanət 500 AZN 12 ay 4% 4%
NBC Bank Müddətli

depozit

200 AZN 1 – 12 ay 10%
Nikoil Bank Sabit Əmanəti 100 AZN 3 – 36 ay 9% 10%
Rabitə Bank Universal əmanət 200 AZN 3 – 24 ay 7% 8%
Turan Bank Sərvət əmanəti 100 AZN 12 ay 11% 11,4%
Unibank Unibank 500 AZN 6 – 36 ay 11,5% 12%
Xalq Bank Müddətli əmanət 1000 AZN 3 – 12 ay 6%
YapıkrediBank Standart Qazanc Əmanəti 250 AZN 1 – 36 ay 8%
Ziraat Bank Standard Əmanət Məhsulu 1000 AZN 3 – 36 ay 5,25% 6%