15 C
Baku
Friday, April 26, 2024

Müdrik insanların 15 prinsipi

1.   Daha çox susmaq;
2.   Heç vaxt heç nəyi bir-başa soruşmamaq;
3. Müdrik insan heç vaxt heç kəsə özünün əsil niyyətləri haqda danışmaz. Lovğalanmaq paxıllıq doğurur (güclü energetik mesaj göndərir), bu isə lovğalanan insanların itkilərinə səbəb olur. İnsanlar mahiyyət etibarı ilə paxıllığa meylli olur. Paxıllıq -ən güclü emosiyalardan  biridir. Kainatın gücü reaksiyasına səbəb olur; 
4.   Hiyləgərlik –şəraitdən istifadə etmək qabiliyyətidir. Müdriklik –nədən nə vaxt və necə istifadə etməyi bilməkdir;
5. Müdrik insan heç vaxt danışarkən bir-başa təhqirlərdən istifadə etmir;
6.    Müdrik insanlar bir-birlərinin kartlarını aidiyyəti olmayan insanların yanında açmaz;
7.    Öz fikirlərini başqalarının kitabında açmamaq (kitabı kənarlarında yazmamaq);
8.   Müdrik insanlar hətta xırda məqsədlərə nail olmaq üçün öz güclərindən maksimum dərəcə də istifadə edirlər. Bununla onlar daha çətin situasiyalara hazırlıqlı olur (yəni daima formada qalırlar).  Hətta xırda bir iş üzərində dahi əməlləri həyata keçirə bilmək üçün məşq edilir (amma sözü gedən halda xırda məqsədlərə görə öz əlaqələrindən istifadə etmək nəzərdə tutulmur, xırda məqsədlərə görə- müdrik insanlar öz əlaqələrindən istifadə etmir);
9.    Müdrik insanlar  həmişə vacib işlərin həli üçün zəruri olan hər şeyi əllərinin altında saxlayırlar.
10. Müdrik insan həmişə digər insanların fikri ilə hesablaşır, amma heç vaxt öz fikrindən ayrılmır. O, yalnız əsl həqiqət ilə qarşılaşdığı təqdirdə  öz fikirlərini korrektə edir;
11.  Müdrik insanlar həmişə işarələri izləməyə çalışırlar və əldə edilmiş bilgidən istifadə etmək imkanını qaçırmırlar.
12.  Müdrik insanlar öz sağlamlığının qeydinə qalır və onu yalançı məqsədlər uğrunda çarpışmada hədər vermirlər.
13.  Müdrik insanın həyatında uğursuzluq yoxdur, sadəcə təcrübə vardır, bəzən o neqativ ola bilər.
14.  Müdrik insanlar öz aralarında yaşanan istənilən bir problemi kənar şəxslərin müdaxiləsi olmadan həll edir, heç vaxt məsələyə üçüncü tərəf cəlb etmirlər (onlar heç zaman göz qabağında, camaat içində qalmaqal qurmurlar.
15. İstənilən bir situasiyada onu düzgün-adekvat qiymətləndirmək üçün əvvəlcə müsbət tərəfləri axtarır, sonra isə ümumiyyətlə orda minusların olub-olmamasını yoxlayırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər