15 C
Baku
Wednesday, April 24, 2024

“Müdriklik mənbəyi öz daxilinizdədir”

Bir gün Stiv Jobs məruzə ilə universitetdə çıxış edirdi. Onun gələcək həyat yoldaşı bu zaman auditoriyada əyləşmişdi. Xanım Jobsun xoşuna gəlmişdi və çıxışından sonra ona yaxınlaşdı. Qadın nömrəsinə ona verir. Həmin gün Jobs onu nahara dəvət etmək istədi, lakin qadının artıq əvvəlcədən planlaşdırılmış iş görüşü var idi. 

Həyatda belə olur. Öz maşınına tərəf gedə-gedə Stiv özündən soruşdu: “Bu gün mənim həyatımın son günü olsaydı, mən nə edərdim?”. Onun bundan sonra nə etdiyini təxmin etmək elə də çətin deyil: o dərhal auditoriyaya geri dönür, qadını tapır və onu özü ilə aparır.

O zamandan etibarən onlar birlikdə idi. İnsanın bir gün mütləq öləcəyini dərk etməsi – müdrikliyin ən böyük mənbəyidir. Qaçınılmaz sonun ruhən dərk edilməsi – riskə hazırlıq və bizim həyat adlandırdığımız oyuna baş vurmaq üçün əla təcrübədir.

İnsanın özünə belə bir sual verməsi həyatda ən vacib olan məsələlər üzərində diqqəti cəmləməyə kömək edir. Nə qədər ki gec deyil…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər