23 C
Baku
Tuesday, April 23, 2024

“Muğanbank” əməkdaşının pulu və qızılları oğurlandı

Bakıda mənzildən oğurluq olub.

Hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Rəşad Göyüşov “Muğanbank”da çalışır. O, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun oğludur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər