22 C
Baku
Thursday, April 25, 2024

“Muğanbank” ASC iyulun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb

“Muğanbank” ASC aktivlərinin həcmi 2014-ci il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % çoxdur. Bankın məcmu kapitalı isə 53 795,61min manat təşkil  edib.

Həmçinin, bankın depozit portfeli 125 591 min manata çatmışdır. 2014-cü ilin iyul ayına olan göstəricilərə əsasən bankın kredit portfeli 16,1% artaraq 257 925 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 222 224 min manat təşkil etmişdir.

Müvafiq dövr üzrə “Muğanbank” ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 19 486,71 min manata, qeyri-faiz gəlirləri isə 8 392,94 min manata çatmışdır.

“Muğanbank” ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 68%dir.

“Muğanbank” ASC-nin hesabatları ilə aşağıda qeyd olunan linkdə tanış olabilərsiniz
https://www.muganbank.az/about/financial-reports/Financial-statements-2014/

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər