25 C
Baku
Friday, April 19, 2024

Muğanbank Cash by Code xidmətini təqdim etdi

Muğanbank “Cash by Code” xidmətini təqdim etdi. “Cash by Code” xidməti vasitəsi ilə hətta plastik kartı olmayan şəxslər bankomatdan pul vəsaiti əldə edə bilərlər.

Muğanbankın plastik kart sahibləri istər ATM (bankomat), istərsə də Mobile Banking xidməti vasitəsi ilə “Cash by Code” əməliyyatını həyata keçirə bilərlər.

Xidmətdən istifadə qaydaları- Plastik kart sahibi bankomatda “Cash by Code” xidmətini seçərək pulu alan şəxsin mobil nömrəsini və məbləği daxil edir. Pul vəsaitini əldə etmək üçün təqdim olunan müvafiq şifrənin bir hissəsi bankomatdan çek vasitəsi ilə, digər hissəsi isə pulu alan şəxsin mobil nömrəsinə göndərilən SMS vasitəsi ilə əldə edilir. Pulu alan şəxs 24 saat ərzində Azericard şəbəkəsinə daxil olan istənilən ATM-ə yaxınlaşaraq şifrənin hər iki hissəsini daxil edib göndərilən məbləği nağdlaşdıra bilər.

Son xəbərlər
Digər xəbərlər