4 C
Baku
Friday, March 29, 2024

Muğanbankdan 8 mart kampaniyası

“Muğanbank” ASC 8 Mart – münasibətilə xanımlara pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı təklif edir. Belə ki, martın 1-dən 12-dək hər bir xanım şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı əldə edə bilər.

Xatırladaq ki, ”Visa” və “MasterCard” plastik kartları dünyanın istənilən nöqtəsində alış-veriş zamanı mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün gözəl vasitədir. ”Visa” və “MasterCard” plastik kartı vasitəsilə kart sahibi səyahət zamanı otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və bu kimi digər imkanlar əldə edir.

Əlavə olaraq qeyd etmək istərdik ki, Muğanbank bayram günlərində hədiyyə seçimində çətinlik çəkən şəxslərə isə “Visa Gift” hədiyyə kartını təqdim edir. Hədiyyə kartlarını yalnız Muğanbank filiallarından deyil həm də müxtəlif ticarət mərkəzlərindən və marketlərdən (Neptun, Fresco, Səbət) heç bir sənəd təqdim etmədən əldə etmək mümkündür.
Samira Hasanova

Son xəbərlər
Digər xəbərlər