16 C
Baku
Thursday, March 28, 2024

Müharibə və sülh: biznesin strategiyaları

Müəllif: Josef Ouen (Joseph Owen) Auvian Partners konsaltinq şirkətinin rəhbəri. Material ingilis dilindən qısaldılmış tərcümədə dərc olunur.

Birinci hissə: müharibə

Strategiya – çox mühüm məsələdir. Lakin heç kim bunun nə olduğunu bilmir. Hər bir professor üçün strategiyanın öz tərifi var, bu da ona və həmkarlarına öz professor mövqeyini tutmağa imkan verir. Doğrudur, bu menecmentin işini asanlaşdırmır. İstənilən professorun “Strategiya nədir?” sualına mübahisəsiz bir cavab vermək olar: “Strategiya – mənə öz sualınızı verərkən nəzərdə tutduğunuz şeydir”. 

Ümumilikdə son instansiyada həqiqətə iddia edən və kitab rəflərində və auditoriya divarları arasında bir-biri ilə mübarizə aparan iki məktəb ayırd etmək olar. Birincisi – Maykl-Porterin rəhbərlik etdiyi intellektual-analitik məktəbdir. Onun təmsilçiləri yanınıza çoxlu diaqram və analitik alətlərlə gələcəklər, hansılardan ki yalnız özləri kimi intellektuallar baş çıxara bilərlər. Aydın məsələdir ki, sizin haqqınızda məlumat toplamaq və toplanmış materialın fərdi perspektivlərin işlənməsi məqsədilə sonrakı interpretasiyası üçün siz onlara külli miqdarda pul verməli olacaqsınız. Yaxşı xəbər odur ki, perspektiv həqiqətən də məhsuldar ola bilər, faktik material əsasında iş isə istənilən halda bəxtə-bəxt dolaşmaqdan yaxşıdır. Problem ondadır ki, onların cəhdlərinin bəhrəsi çox zaman ya faydasız, ya da sadəcə təhlükəli olur:

– Mövcud məlumatlar gələcəyə deyil, yalnız keçmişə aiddir. Strategiya isə gələcəyə ünvanlanmışdır. Öndəki yolu nəzərdən keçirməyə çalışaraq, arxa güzgüyə baxmırlar.

– Strateji planlamanın əksər alətləri instruktiv xarakter daşıyır. Onlar sizə nə etmək lazım olduğunu göstərirlər. Lakin hamı eyni alətlərdən istifadə edir, yəni hamı eyni strategiyanın oxşar variantlarından yararlanır. Bu özünəqəsddir. Bazarın digər iştirakçılarından fərqlənmədən hər hansı rəqabət üstünlüyü qazanmaq olmaz.

– Analitik yanaşma yaradıcı başlanğıcın orijinal həll hazırlanması və təşkilatın hansısa təfəkkür tərzi üçün mobilləşmə mühümlüyü kimi roluna əhəmiyyət vermir. Məsləhətçilər tərəfindən hazırlanmış strateji proqramların əksəriyyəti proqressivliyin bahalı heykəllərindən başqa bir şey deyil.

Ola bilsin ki, onları əl altında saxlamaqla baş menecment və şirkətin idarə heyəti özlərini daha sakit hesab edirlər, lakin bu həmişə istifadə olunan və onlara müvafiq olaraq hərəkət edilən işçi sənədlər deyil.

Digər bir tərəfdən – intellektualların təzyiqinə qarşı çıxan Hemel (Hamel) və Prehelad (Prahalad) əməliyyat məktəbləridir. Əsas yönəlmə : yaxşı strategiyadır – çağırış strategiyası, mümkün olmayanın əldə edilməsi üçün bütün resursların cəlb edilməsidir. Bu, təşkilatın bütün güclərinin mobilləşməsi, silaha çağırışdır. Ambisiyalılıq, ehtiyatların aktivləşdirilməsi,yaradıcı yanaşma vurğulanır. Bütün bunlar çox yaxşıdır, lakin qeyri-düzgün hərəkətlər zamanı çox təhlükəlidir.

Bütün güclərin gərginləşdirilməsini tələb edən məqsədlərlə təşkilatı dağıda bilən məqsədlər arasındakı sərhəd çox davamsızdır. Fantastik məqsədlər qoyuluşunun və onların uğurlu nailiyyətinin hər bir hadisəsinə həyata keçməyən arzular kimi qalan möhtəşəm planların daha çox nümunəsi uyğun gəlir.

Bazarın dərk edilməsi ilə möhkəmləndirilməyən, intellektual məktəbin faktik əsasından məhrum olan layihələr ambisiya cəhətdən bütün məhdudiyyətlərdən azaddırlar. Lakin elə bu səbəbdən də onlar reallıqdan ayrı düşmüşlər.

Bütün bunlar təkcə abstrakt nəzəriyyəllər haqda debatlar aparan biznes məktəbi professorlarının işi olsaydı, xüsusi əhəmiyyətə malik olardı. Həqiqətdə isə hər şey başqa cürdür. Hər iki elmi məktəbin metodikaları şirkətlərin baş menecmentlərinin və konsaltinq şirkətlərinin ekspertlərinin diqqət mərkəzindədir, nəticədə isə strategiya heç də biznesin tələblərindən çıxış etməyərək hazırlanır. Strategiya sizin müraciət etdiyiniz şəxslərlə müəyyənləşir və bu insanların hansı yanaşmadan istifadə etməsindən asılı olur. Uyğun olmayan bir insandan soruşun və uyğun olmayan strategiya alacaqsınız.

İkinci hissə: sülh

Ekspert rəylərinin müxtəlifliyini nəzərə alaraq menecment böyük hesabla öz biznesi üçün strategiya konsepsiyasının, onun işlənməsi və tətbiqinin problemləri ilə təkbətək qalır. 5 ekspertə müraciət edin və siz 6 məsləhət almış olacaqsınız.

Birmənalı cavablar mövcud deyil, lakin doğru yolda getməyə kömək edən suallar vardır. Onlara cavab verməklə, siz həqiqətdə çalışa biləcək bir şey əldə etmək şansına sahib olursunuz.
Sizin strategiyanız digərlərindən fərqlənirmi? Əgər siz öz rəqiblərinizlə eyni strategiyanı bölüşürsünüzsə və sizin strategiyanızı asanlıqla yamsılamaq mümükündürsə siz ya rəqabətin çıxılmaz vəziyyətinə düşəcək, ya da heç bir qaçmaq şansı olmadan qaçdı-tutdu oyununu öz üzərinizə götürməli olacaqsınız.

– Sizin strategiyanız inqilabidirmi? Başlıca olaraq öncəki maliyyə göstəricilərinin ekstrapolyasiyasına əsaslanmış strategiya tamamilə bayağıdır.İnqilabi strategiya biznesi peşəkar məsələlərin yeni həllərini, rəqabətin yeni yollarını, məhdud ehtiyatların yeni istifadə yollarını tapmağa məcbur edir.Biznesin “həmişə olduğu kimi” aparılması – daxili potensiala cinayətkar biganəliyin ifadəsi və açılan xarici imkanlara qarşı etinasızlıqdır. Strategiya daxili imkanları xaricilərlə uyğunlaşdırır.

– Strategiyanız sizin biznesin bütün iştirakçılarına pozitiv təsir edirmi? O, insanlara seçim etməkdə, lazımi şeylərə diqqət cəmləməkdə yardım edirmi? Biznesin hər bir elementi öz strategiyasına malik ola bilər, onların adları bəzən qəribə də səslənə bilər: “ticarət zalı” strategiyası, “müştəri məmnuniyyəti” strategiyası, “avrokonversion” strategiya. Terminlərlə belə jonqlyorluq puristləri şoka salır, lakin əgər insanlar ümumi korporativ strategiya məcrasında öz yerli və idari strategiyalarını hazırlayırlarsa, proses üstünlükləri düzgün müəyyənləşdirməyə və ehtiyatları lazımi istiqamətə yönəltməyə imkan verir.

– Strategiya reallıqdan ayrılmayıb ki? Söhbət bir hesabatda onun əsaslandırılması lehinə 300 arqument toplamaqdan getmir. Strategiya bazarın və ya rəqiblərin qeyri-mükəmməlliyinin ciddi görülməsi, müştərilərin qane olmadıqlarının intuitiv dərk edilməsinə də əsaslana bilər. Onun mahiyyəti mücərrəd olmamalı, istənilən halda keçmişə deyil, gələcəyə istiqamətlənməlidir. Əlbəttə ki, əgər sizin büllur kürəniz yoxdursa, nələr olacağı barədə bitkin məlumat almağa ümid etməyə dəyməz.

– Strategiya hərəkət üçün təlimata çevrilibmi? Strategiya təkcə şirkətin icra komitəsi üçün deyil, bütün menecment üçün belə olmalıdır.Hər kəs öz gündəlik işində onu rəhbər tutmalı, onu həyata keçirməyə çalışmalıdır. Strategiya hazırlanmasına menecmentin cəlb olunması, onun strategiyanın həyata keçirilməsinə cəlb edilməsi üçün strategiyanın yaranması haqda postfaktum məlumatlandırmadan daha çox şans verir.

Son xəbərlər
Digər xəbərlər