13 C
Baku
Saturday, April 27, 2024

Mühasib vəzifəsi üzrə 7 yeni vakansiya: 800 – 1300 AZN əmək haqqı

Banker.az həmin siyahını sizə təqdim edir.

Tutduğu vəzifə və tələblər:
  • Şirkətin uçot siyasətini hazırlanması və təsdiq olunmaq üçün birbaşa rəhbərinə  təqdim edilməsi;
  • Cəmiyyətin maliyyə və mühasibat uçotunda beynəlxalq və milli standartların işlənilmə və tətbiqində iştirak edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin daxili sənədləşmənin,  mühasibat uçotunun hesablar planının, digər uçot registrlərinin təşkilinin həyata keçirilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotu və hesabatı üzrə informasiya sisteminin formalaşdırılmasına, daxili və xarici istifadəçilərə təqdim olunmasına rəhbərlik edilməsi;
  • Mühasiblər üzrə vəzifə bölgüsünün aparılması, onların vəzifə təlimatlarının tərtib edilməsi, həyata keçirilməsinə nəzarət edilməsi;
  • Mühasibatlıq ilə digər struktur bölmələr arasında qarşılıqlı əlaqə prosedurlarının işlənilməsində fəal iştirak edilməsi;
  • Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi;
  • Əmək haqqı, debitor–kreditor borclar və sair  hesablaşmaların qanuniliyinə, vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasının və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi;
  • Şirkətin əmlakı və öhdəliklərinin inventarizasiyasının həyata keçirilməsi qaydalarının təmin olunması üzrə işə rəhbərlik edilməsi, əmlakın və öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələrin sənədləşdirilmiş şəkildə təsdiq olunmasının təmin edilməsi;
  • Əskikgəlmə, pul və mal-material qiymətlilərinin qeyri-əsassız xərclənməsi üzrə sənədlərin (akt, xidməti məlumat və s.) tərtib olunmasında iştirak edilməsi;
  • Vergi orqanı, Dövlət Sosial Müdafiə Fondu və sair qurumlarla işin təşkil edilməsi;
  • Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin, ƏDV, Mənfəət-zərər, Muzdlu iş, Mənbədə vergi və digər hesabatların hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsi;
  • Mühasibat sənədlərinin qorunmasının və müəyyən olunmuş qaydada arxivə verilməsinin təmin edilməsi;
  • Şirkətin digər bölmə rəhbərlərinə və əməkdaşlarına mühasibat və vergi uçotu, nəzarət, hesabat və təsərrüfat fəaliyyətinin təhlili barədə metodik köməklik göstərilməsi;
  • Şirkətin fəaliyyətinin maliyyə təhlili, vergi planlaşdırılması, auditi üzrə məsələlərdə mövcud mühasibat uçotu və hesabatı göstəriciləri əsasında  yaxından iştirak edilməsi;
  • Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasının təmin edilməsi, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmənin mühasibat arayışında qeyd edilməsi;
  • Əsas vəsaitlərə daxili inventar nömrəsinin verilməsi, onların yerdəyişməsinin ilkin sənədlər (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) əsasında izlənməsinin həyata keçirilməsi;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasının həyata keçirilməsi;

Maraqlanan şəxslər Cv-lərini ” mövzu” yerinə “Baş mühasib   qeyd etməklə [email protected] poçt elektron ünvanına göndərilməsi xahiş olunur.


2. Mühasib – “FQAC” MMC

İş barədə məlumat:
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək
  • DSMF, Statistika və digər hesabatları tərtib etmək
  • Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotu
  • Gündəlik əməliyyatları yerinə yetirmək
  • Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • İş qrafiki: bazar ertəsi – cümə günləri 09:00-dan 18:00-dək, şənbə 10:00-dan 15:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək)
  • əmək haqqı : 1000 – 1300 AZN
Namizədə tələblər:
  • Yaş: 25 – 50 arası
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • 1C 8.3, Office proqramlarını bilməli
  • Vergi qanunvericiliyini bilmək
  • Ünsiyyət qurmaq bacarığı

Maraqlanan şəxslər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur mövzu qismində   “Mühasib” qeyd edilsin.


4. Baş mühasib – SoftLine Azərbaycan MMC

Şirkət : SoftLine Azərbaycan MMC 

Vakansiya: Baş mühasib     

Namizəd: Qadın, kişi

Yaş: 35-48

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Kreditor və debitorlarla hesablaşmalar;
-Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinməsi ;

– İş qrafiki: Bazar ertəsi – cümə: 09:00-dan 18:00-dək
– Nahar fasiləsi: 13:00-dan 14:00-dək
– Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

– Ali təhsil  ( Mühasibat uçotu , Maliyyə )
– 1C, MS Office, internet yüksək səviyyədə.
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi
–  Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti
– Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu;
– Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
– AR Prezidentinin müvafiq Fərmanları və Nazirlər Kabinetinin qərarlarını bilməli;
-Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli;
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi, BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
– Analitik düşünmə qabiliyyəti;
– Səmərəlilik və təşəbbüskarlıq qabiliyyəti;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti
–  Dəqiqlik və səliqəlik qabiliyyəti;
– Planlaşdırma, koordinasiya qabiliyyəti;
– Qətiyyətlilik qabiliyyəti;
– Yeni ideyaları qəbul etmə qabiliyyəti;

Sayt : www.soft-line.az

E-mail : [email protected]


4. Mühasib – Agro-West DC

İş şəraiti:

  • İş vaxtı 08:00 – 17:30
  • 6 günlük iş rejimi ilə
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı: 600 azn

Tələblər:

  • Mühasibatlıq sahəsində minimum 1 il təcrübəsi olan xanım namizədlər
  • Azərbaycan dilini sərbəst və Rus dilini yaxşı səviyyədə bilməli
  • 1C proqramını bilməli
Vəzifələr:
  • Rəsmi bank hesablaşmalarını aparmaq
  • Kassa əməliyatlarını həyata keçirmək
  • Əmək haqqı hesablanmaq

Maraqlanan şəxslər cv-lərini mövzu qismində “Mühasib ” qeyd etməklə [email protected] elektron poçt  ünvanına göndərə bilərlər.


5. Mühasib (istehsalat sahəsi üzrə) – Kontinent İnşaat MMC

Tələblər:

 Ali və ya orta-ixtisas təhsil (maliyyə və ya mühasibatlıq üzrə)
  Yaş həddi: 25-40
 stehsalat sahəsində azı 3 il mühasib təcrübəsi
 Vergi və əmək qanunvericiliyini yaxşı bilməli
 Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 8.3)

Vəzifələr:

 İstehsalat sahəsində fəaliyyət göstərən şirkətin bütün mühasibatlıq işlərini yerinə yetirməlidir.
 Maya dəyərinin kalkulyasiyası
 1C proqramında şirkətin hesabatlarının hazırlanması
 Vergi, DSMF və Statistika hesabatlarının təqdim olunması və s.

İş şəraiti:

 İş saatı: həftə içi 09:00-dan 18:00-dək
 İş saatı: şənbə günü 09:00-dan 14:00-dək
 İstirahət günü: Bazar günü
 Ə/h: 800-1000 AZN (müsahibənin nəticəsindən asılı olaraq)

İSTEHSALAT SAHƏSİ ÜZRƏ MÜHASİB TƏCRÜBƏSİ OLMAYAN NAMİZƏDLƏRİN MÜRACİƏTLƏRİNƏ BAXILMAYACAQ.

E-mail: [email protected]


6. Mühasib – Xurcun

insi : Kişi və qadın

Vəzifə öhdəlikləri:

• Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək;
• İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq;
• Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına daxil edilməsini təmin etmək;
• Təşkilatlara vergi hesab-fakturalarını yazmaq və təqdim etmək;
• Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək;
• İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
• AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı;
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (Magistr təhsili arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Satış sahəsində təcrübəsi arzuolunandır);
• Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
• Microsoft Office və 1C 8.3  proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Mövzu yerinə “ Mühasib” qeyd edilib şəkilli cvlərinizi [email protected] amail ünvanına göndəriniz.
Əlaqələndirici şəxs: Seyidova İlahə


7.  Mühasib köməkçisi – Asel Group

  • Bütün şərtlər müsabiqə əsasında

Maraqlananlar CV-lərini [email protected] elektron poçt ünvanına yolluya bilərlər subjectin yerinə vakansiyanın adını ” Mühasib köməkçisi  / www.azerjobs.com ” qeyd edərək .

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər