21 C
Baku
Friday, April 26, 2024

Mükəmməlpərəstlik: bu yaxşıdır, yoxsa pis?

Hər birimiz müəyyən dərəcədə ətrafımızda ideal şərait yaratmağa çalışırıq. Yəni, özümüzü daha rahat hiss edəcəyimiz bir mühit. Bir çoxları üçün bu ideal sadəcə olaraq bir neçə detaldır. Bu detallara nail olanda və yazud qovuşanda insan özünü tamamilə xoşbəxt hiss edir.

Lakin bəzi insanlar üçün ideala gedən yol özü ilə, digər insanlarla, ətraf aləmlə daimi mübarizədir. Onlar bu üsulu həyatdan ən yüksək qiymət alacaqlarına inanırlar.

İlk baxışdan bizə elə gəlir ki, bir insanın özündən və hər kəsdən hər yerdə ideal olmasında pis heç nə yoxdur.

Lakin məsələnin daha dərininə varsaq, çoxlu problem aşkarlamış olacağıq. Mükəmməlpərəst insanlar həyatda bir çox çətinliklərlə üzləşirlər. Axı hər şeydə tamamilə mükəmməl olmaq gərək deyil. Biz özümüzü mükəmməl olmadığımız üçün bağışlamağı öyrənməliyik.

Hər birimizin yorulmağa, kefimizin olamamasına, hətta tənbəlliyə və səliqəsizliyə haqqımız var. Əgər bunların hamısını həyatımızdan xaric etsək, mənəvi boşluq yaşayacağıq.
Lakin mükəmməlpərəst özünə və ətrafdakılarına bu cür nöqsanları bağışlaya bilməz.

Əbəs yerə bir çox mükəmməlpərəst insanlar şəxsi həyatlarında uzun müddət xoşbəxtlik tapa bilmirlər və əksər hallarda tamamilə tək qalırlar.

Bəs insanlarda bu cür xüsusiyyət necə yaranır? Təbii ki, bunun səbəbi uşaqlıqda yaşanmış bəzi hadisələrdi. Valideynlərin uşaqlarına qarşı yüksək tələblərinin olması buna səbəb ola bilər. Böyük ehtimalla, uşağı daim başqalarının həyatları ilə müqayisə ediblər. Təbii ki, uşağın ana və atası ona pislik arzulamayıblar, əksinə. Ona yaxşı təsir edəcəklərini düşünürdülər.

Bəzən uşağı hər hansısa addımlara yönəltmək lazımdır. Lakin əndazədə.

Bu həyatda hər şeyi qazanmaq gərək olduğuna (öz davranışı, təhsili və digər nailiyyətləri ilə) öyrəşən uşaq mütləq böyüyəndə də bu təcrübədən istifadə etməyə başlayacaq.

Tamamilə müstəqil insan olduğunda belə o, özünü daim başqa insanlarla müqayisə edəcək və hər şeyi maksimal dərəcədə mükəmməl şəkildə etməyə çalışacaq. Lakin bununla bərabər o, daim öz çatışmayan cəhətlərini görəcək və bundan əziyyət çəkəcək.

«Ya hər şey, ya da heç nə» şüarı ilə yaşayan insanlar da mükəmməlpərəst hesab edilirlər. Hər hansısa bir iş gördükdə onlar onun öhdəsindən mksimal dərəcədə yaxşı gəlməyə çalışacaqlar. Təbii ki, istəniln işə götürən üçün belə bir işi tapıntıdır. Lakin bir işin öhdəsindən mükəmməl şəkildə gəlmək həm fiziki, həm də mənəvi güc tələb edir.

Mükəmməlpərəstlər başqalarının nəisə onlardan yaxşı edə biləcəkləri faktı çox pis qəbul edirlər və buna görə özlərini bədbəxt hiss edirlər.

Mükəmməlpərəst insanların digər bir xüsusiyyəti də ondan ibarətdir ki onlar heç vaxt kömək isətmirlər.

Belə bir insanda nə isə alınmasa belə, o, kimdənsə kömək istəmək əvəzinə, bir işi dəfələrlə başdan görməyə və müstəqil olaraq yeni həll yolları və nöqsanlar axtarmağa başlayacaq.

Bunun sayəsində, bir çox mükəmməlpərəstlər öz sahələrində əsl mütəxəssisdirlər.

Lakin bununla yanaşı onlar öz ətrafındakıları aləmi «düzəltməyə» çalışacaqlar, buna görə də ünsiyyətdə olan hər kəsə yüksək tələblər qoyacaqlar.

Mükəmməlpərəst insanların digər mənfi cəhəti də başqa insanların fikrindən asılı olmaqdır.

«Hər kəsə yaramaq olmaz» məsəli bu insanlar üçün deyil.

Mükəmməlpərəst tənqidi pis keçirir və bu onda ciddi psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Və bu insanlar digərlərini onları yetərincə qiymətləndirməməkdə günahlandırmağa meyillidirlər.

Ünsiyyət dairələrini onlar həssaslıqla seçirlər. Heç kəs onları məyus etməməlidir.
Həyata aydın baxışları və hər hansısa sahədə müəyyən nailiyyətləri olmayan insanlar yəqin ki, bu siyahıya düşməyəcəklər.

Bəs bu hissdən necə qurtulmaq olar?

İlk növbədə hər bir insanın mükəmməllik haqqında öz təsəvvürlərinin olduğunu anlamaq lazımdır. Heç birimiz heç vaxt «hər kəs üçün yaxşı» ola bilmərik.

Sağlam tənqidi əsassız iradlardan ayırd etmək lazımdır.

Eyni anda karyera qurmaq, mükəmməl ev xanımı və ən yaxşı ana və həyat yoldaşı olmaq mümkün deyil.

Mükəmməlpərəst insanların bir çıxış yolları var – bir neçə illərini əlçatmaz mükəmməliyə sərf etdiklərini, özlərinə və ətraf aləmə digər nəzər nöqtəsindən baxmaq və daim mükəmməlik uğrunda mübarizə apardıqları üçün fikir vermədiklərini görmək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər