18 C
Baku
Thursday, April 25, 2024

Müqəddəs Valentinin gününün “maliyyə aspektləri”

Müqəddəs Valentin günü yaxınlaşır. Kim isə bu bayrama sevinir, kimi isə əksinə, bu gün dəhşətə gətirir. Çox vaxt sevgililər bayramından Kupidonun oxunun təkcə ürəyi deyil, pul kisəsini də də deşib keçmək səbəbindən qorxurlar.

DailyFinance saytının müxbiri Annabel Qurviç indiki çətin iqtisadi şəraitdə öz sevgisini tapmağın (və sevindirməyin) çətin olduğu haqda fikirini danışır.

İqtisadi çətinliklər hər zaman məhəbbət münasibətlərində pis əks olunub, hal hazırkı resessiya isə xüsusilə ağır keçir. Gənc cütlüklər maliyyə sabitliyi yaranmayınca toylarını daha yaxşı vaxtlara kimi təxirə salırlar, böhran zamanı daşınmaz əmlaka olan qiymətlərin kəskin qalxmış bəzi ştatlarda isə  maliyyə cəhətdən boşanmanın öhdəsindən gələ bilməyəcəkləri səbəbindən, kişilər və qadınlar öz uğursuz nigahlarını qoruyub saxlayırlar.

Bununla bərabər, iqtisadi vəziyyət ağır olduqca,  məhəbbəti tapmaq  da o qədər çətinləşir. The Beatles 1967-ci ildə “Sənə lazım olan ancaq sevgidir”  mahnısını oxumuşdu, lakin 2011-cı ildə bu sevgini tapmaq üçün yaxşı olar ki iş yeriniz olsun. Tanışlıq saytının profaylında “işsizəm” yazmaqdansa, özünüzdə taun xəstəliyi olduğunu desəniz, daha yaxşı olar.

Sevgili -frilanser

 Bəs pulu olmayan, lakin sevgi istəyənlər nə etsin? Nə etməli, yumor hissi əvvəlki kimi pulsuzdur. Corctaunun İctimai siyasət institutunun baş tədqiqatçısı Endi Stern bütün işsiz qalanlara hələki onların asılı vəziyyətdə olduqları vaxtlarını münasibətlərə daha çox həsr edə biləcəklərini hesab etməyə və “ofis qullarından” “sevgili-frilanserlərə” çevrilmələrini təklif edir.

Buna baxmayaraq əgər siz kimi isə görüşə dartıb gətirə bildinizsə, bu halda özünüzə sual verməyə dəyər: Kupidonun xatirinə hər il olan israfçılığa qoşulmaq lazımdırmı?  Amerikalılar  keçən 14 fevralda  ümumilikdə təxminən 14 mlrd dollar xərcləmişdilər. Bundan başqa qeyd etmək lazımdır ki ABŞ-ın 5,5 mln əhalisində iqtisadiyyatla bağlı stresslərdən artıq çəki əmələ gəlir, deməli bu vəziyyətdə konfetlərə həvəs göstərmək o qədər düzgün deyil.

Hərçənd çətin ki sizin aşiq olduğunuz obyektin belə arqumentlərdən xoşu gəlsin.  Sevgili üçün qənaətcillik müsbət cəhət hesab oluna bilərmi? Bu yaxınlarda Oksfordun Kvins Kolleci tərəfindən keçirilən tədqiqatlar nəticəsində aydın olmuşdur ki, özünə psixoloji cəhətdən arxayın olmamaq sizin tanışlıq bazarında şansınızı hətta yüksəldə bilər, lakin maliyyə cəhətdən arxayın olmamağınızı çətin ki cəlbedici faktorlara aid etmək mümkün olsun.

Hədiyyə yoxdur?  Təmizlik işinə başla!

Bu məqalənin müəllifi Facebook-da öz dostlarından soruşmaqla digər tədqiqat keçirmişdir.  Nəticlər kifayət qədər gözlənilməz olmuşdur: respondentlərin çoxu hal hazırkı iqtisadi vəziyyətdə  səmimi səxavətlərinin tamamilə kifayət etdiyini bildirmişdilər.

Onların çoxu hətta hədiyyəyə deyil, əvəzində prezent kimi edilən qulluğa da üstünlük verirlər. Belə ki, yaxşı və ucuz yaşamaq haqqında kitabın müəllifi yazıçı Enni Korzen həyat yoldaşının sevgililər günündə qarajı səliqəyə saldığına çox sevinmişdi (hətta həyəcanlanmışdı da).

Respondentlər həm də öz əlləri ilə hazırladıqları ev yeməklərini prix fixe adlandırılan müştərilərə yemək seçmək əvəzinə eyni “kompleks nahar” təkilf edən xüsusi restoran menyularına əla əvəz olduğunu təsdiq etdilər. Sevgililər günü Amerika restoranlarında belə menyular xüsusilə geniş yayılıb (lakin ev yeməyi müəllifə daha xoşdur və prix fixe sözünün necə tələffüz edildiyinə də əmin deyil). Cavab verənlərin biri ət qızartmasını ürək şəkilində necə bişirdiyini danışmışdı (bu şəkli təsəvvür edən müxbir elə o an sərt vegeterianlığa başlamaq istəmişdi).

Əgər siz həmən gün hədiyyə vermək ənənəsindən tamamilə imtina etmək istəyirsinizsə, bu halda nə etməli? Özünüzə haqq qazandırmaq üçün isə israfçılığın və hədiyyə sənayesinin ekologiyaya pis təsir göstərdiyi dəlilini gətirə bilərsiniz. Amma bu düzgün olmaz! Bir vaxtlar tanınmış Amerika aktyoru və eyni zamanda qəti “yaşıl” Ed Beqli sahəyə qarğıdalı əkərək demişdir ki, məhsulu öz sevimli həyat yoldaşına həsr edir. Lakin həyat yoldaşı bunu «xırdaçılıq» kimi qiymətləndirmişdir.

Onun bəxti orqanik üsulla yetişdirdiyi gullərlə bir az gətirmişdir. Bu güllərin bahalı olduğunu o sadəcə belə izah edir: “Əgər siz sevgilinizin üzərinə qızılgül ləçəkləri səpmək istəsəniz və o təsadüfən onlardan birini udsa bu halda sizin bəxtiniz gətirər, çünki qızılgül ləcəkləri C vitamininin əla mənbəyidir və faydalı bitki lifləri ilə boldur”.

Təcccüblü deyil ki,  o hələ də evli deyil

Lakin əşyalara fəlsəfi münasibət tam qənaətcil həyat tərzinə səbəb olur. “Cox darıxdırıcıdır” (Bored to Death) serialının müəllifi Conatan Eyms hər cür “sentimental bayramlara” münasibətdə “isveçrə neytrallığı” elan edib.  Bəli, sentimental Müqəddəs Valentin gününü qeyd etməkdən, konfetlərdən və digər “əlamətdar” hədiyyələrdən imtina etmək əlbəttə ki, faydalıdır. Və bir də, nə qədər təsadüf…  Eyms hələ də subaydır.

Beləliklə, sədaqətli və maliyyə cəhətdən məsuliyyətli sevgili həddən artıq ucuz (lakin əlbəttə ki ürəkdən) hədiyyə variantlarına nəzər sala bilər. O faydalı bitkilər əkə, ev yığışdıra, yemək hazırlaya bilər. Eyni zamanda o, ikinci yarısı səhiyyədə aparılan islahatların maliyyə nəticələri ilə mübarizədə qazandığı stresi çıxarmaq üçün onu massaj edərək bir iki sonet də yaza bilər.

İndi tam açıq desək, müəllif bu arzulardan ibarət siyahını ərinə özü vermişdi. Cavabında müəlliflə 14 il birgə yaşayan əri dərindən ah çəkib demişdi:  “Əminəm ki, bizim gələn il normal görüş imkanımız olacaq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər