Bankların təklif etdikləri əmanət növlərini əsas xarakterlərinə görə 2 əsas qrupa bölmək olar. Bunlardan birincisi müddətli əmanətlər, ikincisi isə yığım əmanətləridir. Müştərilərə geniş çeşiddə əmanət təklif edən Banklar adətən öz əmanət məhsullarını əmanətin xarakteristikasına uyğun olaraq adlandırılar. Məsələn, müddətli əmanətlər bir çox hallarda “standart”, “klassik” və s., yığım əmanətləri isə “proqressiv”, “sandıqça”, “mücrü” və s.olaraq adlandırılır. Müddətli və yığım əmanətləri arasında əsas fərq isə əmanətin artım imkanının olub-olmamasında ibarətdir. Adından da göründüyü kimi, yığım tipli əmanətlərdə əmanət müddəti ərzində məbləğin artırılmasına müəyyən şərtlər və tələblər daxilində icazə verilir, müddətli əmanətlər də isə əmanətçinin belə bir imkanı olmur. Müqayisə üçün deyək ki, demək olar ki bütün hallarda bir bankın təklif etdiyi müddətli və yığım tipli əmanətlərin cəlbetmə faiz dərəcələri arasında fərqlər olur. Belə ki, yığım əmanətlərinin cəlbetmə faizləri müddətli əmanətlərə nisbətdə daha aşağı olur.

Son dövrlərdə, xüsusilə ölkədə baş vermiş devalvasiyalardan sonra bəzi banklar əmanət məhsullarına yeni bir tip əlavə etdi. “Sərbəst” tipli əmanətlərin yaradılmasında əsas məqsəd müştərilərin öz əmanətlərini Bankdan geri çəkməməyə sövq etmək və əmanət yerləşdirməkdə ehtiyatlanan müştəriləri banka cəlb etmək idi.   Bildiyimiz kimi, banklar və müştərilər arasında bağlanmış əmanət müqavilələrində əmanətin vaxtından əvvəl çıxarılması hallarında müştəriyə bəzi cərimələr tətbiq edilir. Misal üçün, Siz banka 12 aylıq əmanət yerləşdirir və müddətin 9-cu ayında əmanəti geri götürürsüzsə 9 aylıq dövr ərzində Bankın Sizə ödədidiyi faizlərin bir hissəsini cərimə olaraq banka geri qaytarmalı olacaqsınız. “Sərbəst” tipli əmanətlərin əsas özəlliyi bu cərimələrin tətbiq edilməməsidir. Adından da göründüyü kimi, bu əmanətlər müştərilərə öz vəsaitlərini idarə etmək üçün sərbəstlik verir. Müştəri istənilən vaxt öz əmanətini artıra , əmanətin minimal məbləği həddinədək azalda , həmçinin hesabından geri çəkə bilər. “Sərbəst” tipli əmanətləri “yığım” əmanətlərinin alt qrupu kimi təsnifləşdirmək də mümkündür.

Banker.az monitorinq qrupu olaraq “sərbəst” tipli əmanətlərin hansı bankda təklif edilməsi və şərtlərinin oxucularımız üçün maraqlı olacağını düşündük və müvafiq əmanətlərin şərtlərinin müqayisəli formada təqdim edildiyi aşağıdakı cədvəli hazırladıq. Bir məqamı vurğulamaq istərdik ki, bu növ əmanətlərdə cəlbetmə faiz dərəcələri hətta yığım əmanətlərindən belə aşağı olur. Bankın müştəriyə verdiyi maksimum sərbəstlik müqabilində faizlərin aşağı olması başadüşüləndir…

Əmanət / Bank Valyuta Minimal məbləğ Müddət Faizlərin ödənilməsi Cəlbetmə faizi Artım imkanı
Əlverişli əmanət

(AccessBank)

AZN/USD/EUR 1.000 AZN/USD/EUR Müddətsiz Aylıq AZN-6%

USD-1%

EUR-0,5%

Var
Sərbəst Əmanət

Bank VTB

AZN/USD/RUB 50 AZN/USD/

5000 RUB

12 ay Müddətin sonu AZN-2%

USD-0.2%

RUB-0,2%

Var
Müddətsiz

Kapital Bank

AZN/USD 100 AZN/USD 12 ay Müddətin sonu AZN-1%

USD-0.1%

Var
Tələbli

NBC Bank

AZN/USD/EUR 200 AZN/USD Müddətsiz İstənilən vaxt AZN-4%

USD-1%

EUR-1%

Var
Kartmane

Rabitə Bank

AZN/USD 100 AZN/USD 24 ay İstənilən vaxt *AZN: 2% – 6%

*USD: 0.5% – 1%

Var
Proqressiv

Unibank

AZN 200 AZN 12 ay İstənilən vaxt **1% – 5% Yoxdur

* Kartmane (Rabitabank) məhsulunda əmanətin hesabda qalma müddəti artdıqca illik faiz dərəcəsi də artır.

** Proqressiv (Unibank) məhsulunda əmanətin hesabda qalma müddəti artdıqca illik faiz dərəcəsi də artır və bu əmanət yeganə “sərbəst” tipli əmanətdir ki, artım imkanı verilmir.

📝 RƏY BİLDİR