26 C
Baku
Wednesday, April 24, 2024

Müştəri xədmətləri üçün mütəxəssis – Kredit Təşkilatı

Kredit  Təşkilatının  yeni açılacaq olan Bakı şəhəri filiaları  üçün “Müştəri xədmətləri üçün mütəxəssis” vakansiyası elan olunur.

 Əməkhaqqı: 300AZN+bonus

“Müştəri xidmətləri üzrə mütəxəssis” üçün tələblər:   

  • Yaş həddi: 18-30 yaş
  • Cins: Qadın
  • Təhsil: Orta-ixtisas ,Natamam-Ali təhsil;
  • İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
  • Dil tələbi:  – Azərbaycan dili
  • Rus dili
  • Kompyuter bilikləri: Microsoft Office, Outlook Express, Internet Explorer;
  • Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı;
  • Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
  • Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı yüksək olan xanımlar.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək;
  • Müştərilərin müraciətlərinə/sorğularına əsasən müvafiq proqramların vasitəsi ilə qeydiyyatların aparılması;
  • Müştəri müraciətlərini operativ və sürətli cavablandırmaq;
  • Filiallarda  kredit rəsmiləşdirilməsinin aparılması;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədi ilə təkliflər hazırlamaq;
  • Sorğu və hesabat formalarını təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
  • Məlumat mərkəzi şöbəsinin və Birbaşa marketinq şöbəsinin əməkdaşları ilə işin təşkilində və aparılmasında iştirak etmək;
  • Təşkilatın fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

 

Tələblərə cavab verən şəxslər şəkilli CV-ni  [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Müştəri xədmətləri üçün mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər