13 C
Baku
Friday, April 26, 2024

Müştəri Xidməti Strukturlarının Auditi – Rabitabank (23 fev)

Daxili Audit Departamentinin, “Müştəri Xidməti Strukturlarının Auditi ” şöbəsinin rəisi
Namizədə olan tələblər:
  • Ali iqtisadi təhsil (Magistr dərəcəsi arzuolunandır);
  • Bankda ən azı 5 il iş təcrübəsi (audit, risk və daxili nəzarət sahəsində ən azı 2 il olmaqla);
  • MBNP və Mərkəzi Bankın normativ xarakterli təlimatlarını bilmək;
  • Daxili Audit, Korporativ idarəetmə və Riskləri idarəetmə standartlarını bilmək;
  • Banklar haqqında qanunu, habelə bank fəaliyyəti ilə əlaqəli olan qanunvericiliyinin müddəalarını bilmək;
  • Yerli və beynəlxalq mühasibatlıq standartları, maliyyə hesabatları bilmək;
  • Office proqramlarında, xüsusən Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Strateji düşünmə və davranma qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya qabiliyyəti;
  • Mühasibatlıq, maliyyə və bank sahəsinə aid olan digər sertifikatlarının, habelə xarici dil biliklərinin olmasına üstünlük verilir
Əsas vəzifələri:
  • Müştəri xidməti strukturlarının auditini aparılmasını təmin etmək;
  • Auditlər zamanı aşkar edilmiş problemləri araşdırmaq, bununla əlaqədar olaraq rəy və təklifləri bildirmək;
  • Bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktlarının, bankdaxili prosedurların, qaydaların və təlimatların bankın işçiləri tərəfindən riayət olunmasının auditini aparmaq;
  • Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparmaq;
  • Məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq Bankın müştəri xidməti, habelə digər strukturları üzrə əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
  • Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditini aparmaq və s.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail:  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər